• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Helsinkidə Xocalı faciəsi anılıb

25-02-2025, 19:00 | Baxılıb: 409
“Helsinkidə Xocalı faciəsi anılıb

Helsinkidə Xocalı faciəsi anılıb
Finlandiyanın paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evində 26 fevral – Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Xocalı soyqırımı zamanı həlak olmuş günahsız insanların, qadın və uşaqların əziz xatirəsi dərin ehtiramla yad edilib.
Helsinki Azərbaycan Evinin sədri Ülviyyə Cabbarova “Xocalıya ədalət” beynəlxalq şüarının həm milli, həm də beynəlxalq səviyyədə ədalət çağırışı olduğunu vurğulayıb. O, Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasının vacibliyini qeyd edərək, bu istiqamətdə daha genişmiqyaslı işlərin aparılmasının zəruriliyini diqqətə çatdırıb.
Anım mərasimində Türkiyənin Finlandiyadakı Səfirliyinin nümayəndələri, eləcə də Finlandiyada yaşayan soydaşlarımız iştirak edib. İştirakçılar Xocalı faciəsi haqqında ətraflı məlumat verib, beynəlxalq ictimaiyyətin bu məsələyə daha çox diqqət yetirməsinin vacibliyi barədə fikirlərini bölüşüblər.
Çıxışlarda Xocalının azad edilməsi zamanı Azərbaycan ordusunun qəhrəmanlığı, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalıya səfərləri, sakinlərlə görüşlərinə diqqət çəkilib. Qeyd olunub ki, Xocalıda insanların rahat həyat və fəaliyyəti üçün hərtərəfli şərait yaradılır, doğma yurdlarına qayıdan soydaşlarımızın təhlükəsiz yaşaması, onların məşğulluğunun təmin edilməsi, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və bərpası istiqamətində mühüm işlər görülür.
Finlandiyada fəaliyyət göstərən “Azər-Türk Gənclər Təşkilatı”nın və Helsinki Azərbaycan Evinin fəal üzvü Mona Savaşovar 2021-ci ildə Finlandiyada Xocalı haqqında nəşr olunmuş məqaləsi barədə məlumat verib. O, məqalənin yerli ictimaiyyətə Xocalı həqiqətlərini çatdırmaq baxımından əhəmiyyətini vurğulayıb və gələcəkdə bu mövzuda daha genişmiqyaslı işlərin aparılmasının vacibliyini xatırladıb.
Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.

Helsinkidə Xocalı faciəsi anılıb
Helsinkidə Xocalı faciəsi anılıb
Helsinkidə Xocalı faciəsi anılıb
Helsinkidə Xocalı faciəsi anılıb
Helsinkidə Xocalı faciəsi anılıb
Helsinkidə Xocalı faciəsi anılıb

скачать dle 10.6фильмы бесплатно


409

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.