• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Londonun nüfuzlu universitetində Xocalı soyqırımı anılıb

26-02-2025, 17:30 | Baxılıb: 435
“Londonun nüfuzlu universitetində Xocalı soyqırımı anılıb

Londonun nüfuzlu universitetində Xocalı soyqırımı anılıb
London İmperial Kollecində (Imperial College London – Imperial) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Universitetdə fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətinin təşkil etdiyi Stories of Resilience and Justice: Forced Exile and Return” (“Əzmkarlıq və ədalət hekayələri: Məcburi köçürülmə və qayıdış”) adlı tədbir London Universitet Kolleci, London Kral Kolleci, London İmperial Kolleci, London Şahzadə Meri və London Şəhər Universitetində fəaliyyət göstərən Azərbaycan tələbə cəmiyyətlərinin dəstəyi ilə baş tutub.
Tədbir Xocalıda qətlə yetirilmiş yüzlərlə soydaşımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Xocalı soyqırımını əks etdirən qısametrajlı sənədli film nümayiş olunub.
“2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində London İmperial Kollecində təhsil alan Azərbaycan Tələbə Cəmiyyətinin idarə heyətinin üzvləri Aygün Həsənova və Aydan Poladova Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Onlar hadisə şahidlərinin dilindən olan faktlardan və məcburi köçkün həyatının ağır izlərindən bəhs ediblər. Bildirilib ki, xaricdə təhsil alan gənclər ölkəmizə qarşı bu ədalətsizliyi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əllərindən gələni əsirgəməməlidir.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. Bu dəhşətli hadisəni törədənlərin hüquqi müstəvidə cəzalandırılmasının vacibliyini vurğulayıb. Dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, ordumuzun rəşadəti ilə ədalətin bərqərar olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər xalqımıza qələbə sevinci yaşatdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalıya səfərləri, sakinlərlə görüşləri xatırladılıb. Xocalının artıq dirçəldiyi vurğulanıb. İnsanların rahat həyat və fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığı, doğma yurdlarına qayıdan soydaşlarımızın təhlükəsiz yaşaması, onların məşğulluğunun təmini, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və bərpası istiqamətində mühüm işlər görüldüyü qeyd olunub.
Sonda Əməkdar artisti, skripkaçı Ceyla Seyidova Xocalı qurbanlarının xatirəsinə musiqi parçaları ifa edib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan dövlətinin diaspor, gənclər siyasətinə, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na uyğun olaraq tədbirin təşkilinə kömək məqsədilə tələbələri müxtəlif təbliğat materialları ilə təmin edib.

Londonun nüfuzlu universitetində Xocalı soyqırımı anılıb
Londonun nüfuzlu universitetində Xocalı soyqırımı anılıb
Londonun nüfuzlu universitetində Xocalı soyqırımı anılıb
Londonun nüfuzlu universitetində Xocalı soyqırımı anılıb
Londonun nüfuzlu universitetində Xocalı soyqırımı anılıb
Londonun nüfuzlu universitetində Xocalı soyqırımı anılıb
Londonun nüfuzlu universitetində Xocalı soyqırımı anılıb
Londonun nüfuzlu universitetində Xocalı soyqırımı anılıb
скачать dle 10.6фильмы бесплатно

435

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.