• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Dünyanın tanınmış jurnalistləri və siyasi şərhçiləri Xocalı soyqırımından danışıb

26-02-2025, 18:30 | Baxılıb: 411
“Dünyanın tanınmış jurnalistləri və siyasi şərhçiləri Xocalı soyqırımından danışıb

Dünyanın tanınmış jurnalistləri və siyasi şərhçiləri Xocalı soyqırımından danışıb
Azərbaycan diaspor təşkilatları hər il ABŞ-nin nüfuzlu universitetlərində Xocalı soyqırımı və bu qətliamın acı nəticələri barədə konfranslar təşkil edir. Həmin görüşlər, elmi müzakirələr Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanınması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm bir addımdır.
ABŞ-nin İllinoys ştatında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan “Keçmişlə Gələcək Arasında Körpü” adlı II Beynəlxalq Dialoq Konfransda xarici jurnalistlər, siyasi şərhçilər, tarixçilər iştirak edib.
Amerikalı jurnalist, siyasi şərhçi Kalvin Dark çıxışında bildirib ki: “Mən Azərbaycan və Ermənistan arasındakı uzunmüddətli münaqişə barədə 2023-cü ildə Qarabağa səfərim zamanı öyrəndim. Azərbaycanda olduğum müddətdə münaqişə, yerlə bir olmuş yaşayış məntəqələri və aparılan yenidənqurma işləri ilə tanış oldum. Məni ən çox təsirləndirən məqamlardan biri isə fiziki dağıntılarla yanaşı, psixoloji, mental və emosional yaraların sağalmasının daha uzun çəkməsidir. Buna görə də, bu istiqamətdə aparılan işlər və insanların prosesə verdiyi töhfə çox vacibdir”.
Qarabağ məsələsinin özü üçün bir həyat missiyasına çevrildiyini deyən braziliyalı jurnalist Fabiana Ceyhan işğaldan azad olunmuş rayonlara üç jurnalistdən ibarət qrupla getdiyini deyib: “Ərazidə çoxlu minalar olduğu üçün bu, müəyyən qədər riskli idi. O vaxt nə hava limanı, nə də nəqliyyat infrastrukturu mövcud idi, lakin biz öz gözlərimizlə görmək üçün risk etdik. O andan etibarən Qarabağ məsələsi mənim üçün bir həyat missiyasına çevrildi, çünki tarixi və coğrafi baxımdan Qarabağın Azərbaycana məxsus olduğunu gördük. Bu gün Xocalının səsi olmaq üçün buradayam. Xocalıda baş verən vəhşiliklər barədə öyrənəndə dərin sarsıntı keçirdim. Xocalı kiçik bir şəhər idi, orada hərbi qüvvələr yox idi. Ermənistanın günahsız insanlara hücumu heç nə ilə əsaslandırıla bilməz. Bu faciə unudulmamalıdır ki, bir daha təkrarlanmasın. Biz hamımız insanıq və Xocalı üçün sülh və ədalət naminə birləşməliyik”.
“Tovuzdan Qarabağa” kitabının müəllifi, beynəlxalq jurnalist və analitik Malik Ayub Sumbal Xocalı hadisələrinə öz yaradıcılığında xüsusi yer ayırdığını vurğulayaraq edib ki, Xocalı soyqırımı beynəlxalq media tərəfindən qeydə alınmış ən dəhşətli qətliamlardan biridir: “Kitabımda Ermənistanın işğal siyasəti və Xocalı faciəsini geniş təhlil etmişəm. Bu, Qarabağ müharibəsindən sonra yayımlanan ilk dərin analizdir. Xocalıya ayrıca bir fəsil həsr etmişəm, çünki bu, nifrət zəminində törədilmiş kütləvi qətldir. Günahsız insanların qətli cəzasız qala bilməz, cinayətkarlar beynəlxalq hüquq çərçivəsində cavab verməlidir. Xocalı faciəsi etnik təmizləmənin ən dəhşətli nümunələrindən biridir. 600-dən çox insan, o cümlədən qadın və uşaqlar bir gecədə qətlə yetirildi. Bir çox beynəlxalq təşkilatlar bunu pisləyib və ədalət tələb edir. Azərbaycan xalqı isə hər il bu faciəni anaraq günahsız qurbanların xatirəsini yaşadır”.
ABŞ-nin Milli Müdafiə Universitetinin dosenti Stefan Bruks çıxış edərək Xocalı həqiqətlərinin heç zaman unudulmamalı olduğunu vurğulayıb: “Xocalı Soyqırımı barədə oxuyanda dəhşətə gəldim. Ən böyük ironiya isə Ermənistanın bunu inkar etməsidir. Xocalı faciəsi müasir dünyanın ən böyük vəhşiliklərindən biridir. Burada məqsəd yalnız düşməni məğlub etmək deyil, onu tamamilə məhv etmək olub. Mülki əhalini hədəf almaq müharibə cinayətidir və bu faciə heç vaxt unudulmamalıdır. Əgər bu faciə erməni xalqının başına gəlsəydi, onlar susmazdılar. Burada əsas problem insanlıq, mərhəmət və anlayış çatışmazlığıdır”.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan diaspor təşkilatları bu günə qədər Xocalı soyqırımının tanıdılması istiqamətində onlarla ölkənin nüfuzlu ali məktəblərində, elmi mərkəzlərində Azərbaycanla bağlı konfranslar təşkil edib.

Dünyanın tanınmış jurnalistləri və siyasi şərhçiləri Xocalı soyqırımından danışıb
Dünyanın tanınmış jurnalistləri və siyasi şərhçiləri Xocalı soyqırımından danışıb
Dünyanın tanınmış jurnalistləri və siyasi şərhçiləri Xocalı soyqırımından danışıb
Dünyanın tanınmış jurnalistləri və siyasi şərhçiləri Xocalı soyqırımından danışıb
скачать dle 10.6фильмы бесплатно


411

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.