• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Pakistanlı politoloq: Bakı və İslamabad müdafiə sahəsində əməkdaşlığı genişləndirə bilər

3-03-2025, 21:00 | Baxılıb: 440
“Pakistanlı politoloq: Bakı və İslamabad müdafiə sahəsində əməkdaşlığı genişləndirə bilər

Azərbaycanın hərbi texnika parkını modernləşdirmək istəyini nəzərə alaraq, Azərbaycan və Pakistan müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirə bilər.
Diaspor info xəbər verir ki, bunu “Report”a açıqlamasında politoloq Bəsim Rza Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Bakı və İslamabadı ümumi geosiyasi maraqlara və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq birləşdirir.

"Yüksək səviyyəli səfərlər ikitərəfli münasibətlərin dinamikasının artdığını göstərir. Bundan başqa, hər iki ölkə əsas beynəlxalq məsələlərdə, xüsusilə BMT və İƏT kimi çoxtərəfli forumlarda bir-birini fəal şəkildə dəstəkləyir", - Rza qeyd edib.

Politoloq Azərbaycan və Pakistanın bir-birinin ərazi bütövlüyünü dəstəkləməsini, iqtisadi, enerji və hərbi əməkdaşlığı ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verən əsas amillər olduğunu bildirib.

"Pakistan və Azərbaycan müdafiə sahəsində sıx əlaqələri var və bu əlaqələrin daha da genişlənəcəyi gözlənilir. Azərbaycanın müasir hərbi texnika əldə etməkdə maraqlı olması və Pakistanın güclü müdafiə sənayesi gələcək əməkdaşlıq üçün münbit zəmin yaradır", - o vurğulayıb.

Politoloq hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi prosesinin davam etməsini və Pakistanın inkişaf etmiş müdafiə sənayesi potensialını nəzərə alaraq iki ölkə arasında bu cür əməkdaşlığın genişləndirilməsi mümkündür.

Ekspert həmçinin qeyd edib ki, o, ümumilikdə Bakı ilə İslamabad arasında ticarət dövriyyəsinin artacağını gözləyir. Onun fikrincə, enerji sektoru əməkdaşlığın əsas sahəsi olaraq qalır.

"İnfrastruktur və kommunikasiyaların inkişafı layihələri regional ticarət marşrutlarının genişləndirilməsi məqsədilə xüsusilə nəqliyyat və logistika sahəsində birgə investisiyalar üçün əlavə imkanlar yaradır", - politoloq qeyd edib. Bununla yanaşı, o, kənd təsərrüfatı və dağ-mədən sahələrində əməkdaşlığın rolunu da vurğulayıb.
Politoloq vurğulayıb ki, Azərbaycan və Pakistan arasında münasibətlər köklü tarixi, mədəni və qardaşlıq əlaqələri ilə səciyyələndirilir.скачать dle 10.6фильмы бесплатно


440

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.