• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyədə beynəlxalq ictimaiyyəti Xocalı soyqırımını tanımağa çağırıblar

4-03-2025, 11:00 | Baxılıb: 384
“Türkiyədə beynəlxalq ictimaiyyəti Xocalı soyqırımını tanımağa çağırıblar

Türkiyədə beynəlxalq ictimaiyyəti Xocalı soyqırımını tanımağa çağırıblar
Türkiyənin paytaxtı Ankarada, eləcə də Antalya və Kayseri şəhərlərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbirləri keçirilib. Tədbirlərdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının və hər iki ölkənin azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Ankaradakı “Bir millətin ürəyindəki alov: Xocalının dinməyən ağrısı” adlı anım tədbiri Azərbaycanın Türkiyədəki Səfirliyinin, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Türkiyə Siyasi və Strateji Araşdırmalar Fondunun (TÜRPAV), Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin, Türk Dünyası Mədəniyyət Mərkəzi və Ankara – Bakı Tanıtım və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin müşaviri Eldar Əliyev, Ankara Böyükşəhər Bələdiyyəsinin sədr müavini Faruk Köylüoğlu, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə və siyasi partiyaların təmsilçiləri çıxışlarında Xocalı soyqırımının bəşər tarixinin ən qanlı və dəhşətli faciəsi olduğunu vurğulayaraq, Xocalını təkcə Azərbaycanın deyil, türk dünyasının ortaq acısı kimi qiymətləndirərək beynəlxalq ictimaiyyətin bu soyqırımı tanımasının zəruriliyini qeyd ediblər. Tədbir çərçivəsində Türkiyənin bir sıra aparıcı universitetlərinin iştirakı ilə panel müzakirələr keçirilib. Sonda tədbir iştirakçıları Xalq artisti Əlixan Səmədovun ifasını dinləyiblər.
Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin, Türk Ocaqlarının Antalya təşkilatının və Türk Dünyası Topluluğunun birgə təşkilatçılığı ilə Akdeniz Universitetində keçirilən tədbirdə Kərkük, Qazaxıstan və Qırğızıstanın müxtəlif bölgələrindən olan dərnək üzvləri, eyni zamanda İraq Türkmən Birliyi və Həmrəylik Cəmiyyəti sədri Kürşad Çavuşoğlu, Akdeniz Universitetində təhsil alan Cənubi Azərbaycanlı soydaşlarımız iştirak edib. Əvvəlcə iştirakçılar universitetin foyesində Xocalı soyqırımını özündə əks etdirən fotosərgi ilə tanış olublar. Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl və Türk Ocaqlarının Antalya təşkilatının sədri Abdullah Uysal Xocalı soyqırımının insanlığa qarşı cinayət olduğu vurğulayıb və bu faciənin unudulmamasının, beynəlxalq ictimaiyyətin bu soyqırımı tanımasının zəruriliyini qeyd ediblər. Məruzəçi, professor Toğrul İsmayıl Xocalı soyqırımının tarixi, beynəlxalq hüquq baxımından təhlili və türk dünyası üçün əhəmiyyəti haqqında geniş təqdimat edib. Təqdimatın ardından iştirakçılar, məruzəçiyə mövzu ilə bağlı suallar verərək daha ətraflı məlumat əldə ediblər.
Kayseri şəhərinin Talas rayonundakı Şuşa Azərbaycan Evində də Xocalı qurbanları yad edilib. Anım tədbirində Kayseri valisinin müavini Adnan Türkdamar, Talas Bələdiyyəsinin sədri Mustafa Yalçın, Melikqazi Bələdiyyəsinin sədri Mustafa Palancıoğlu, Kayseri Polis İdarəsinin rəisi Atanur Aydın, Kayseri Universitetinin rektoru Prof. Dr. Kurtulmuş Karamustafa, Kayseri Mədəniyyət və Turizm İdarəsinin müdiri Dos. Dr. Şükrü Dursun, SOCAR-ın Kayseri nümayəndəsi Sinan Temur, Milliyyətçi Hərəkat Partiyası (MHP) və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Kayseri təşkilatının rəhbərləri, QHT və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə soyqırımının tarixi aspektlərinə toxunulub, beynəlxalq ictimaiyyətin bu soyqırımı tanımasının vacibliyi diqqətə çatdırılıb. Sonra tədbir iştirakçıları Azərbaycan Qardaşlıq Parkında ucaldılmış Xocalı abidəsinin önünə gül dəstələri düzüblər.

скачать dle 10.6фильмы бесплатно

384

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.