• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Rusiyada Xocalı soyqırımı anılıb

4-03-2025, 12:30 | Baxılıb: 444
“Rusiyada Xocalı soyqırımı anılıb

Rusiyada Xocalı soyqırımı anılıb
Rusiya Federasiyasının Vladivostok şəhərinin Primorsk diyarında, Çelyabinsk vilayətində, Krasnoyarsk diyarında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbirləri təşkil edilib.
Vladivostok şəhərinin Primorsk diyarında fəaliyyət göstərən “Dostluq” İctimai Təşkilatı Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbiri keçirib. Təşkilatın sədri Ramiz Zeynalov çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin tarixdə ən dəhşətli hadisələrdən biri olduğunu qeyd edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərdiyini bildirib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının bu istiqamətdə təbliğat işini daha da gücləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonda Heydər Əliyev Fondunun hazırladığı Xocalı faciəsi haqqında videoçarxlar nümayiş olunub.
Xocalı faciəsinə həsr olunmuş növbəti tədbir Çelyabinsk vilayətində baş tutub. Çelyabinskdə fəaliyyət göstərən “Azərbaycan Çelyabinsk vilayəti azərbaycanlılarının İctimai Təşkilatı”nın keçirdiyi tədbir soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Təşkilatın rəhbəri Ərşad Xankişiyev çıxış edərək soyqırımın tarixi haqqında ətraflı məlumat verib. Tədbirin ikinci hissəsi açıq diskussiyaya həsr olunub. Qeyd edilib ki, hər bir azərbaycanlının borcu – ölkəsinin tarixini yadda saxlamaq və qorumaq, həmçinin soyqırımı qurbanlarının və şəhidlərin xatirəsini əziz tutmaqdır. Sonda Xocalı soyqırımı haqqında videoçarx nümayiş olunub.
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Rusiyada digər bir tədbir Krasnoyarsk diyarında keçirilən anım mərasimidir. Mərasimi Azərbaycan Regional Milli-Mədəni Muxtariyyəti və Krasnoyarsk diyarının Azərbaycan Gənclər Birliyi təşkil edib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Milli-Mədəni Muxtariyyətinin Krasnoyarsk diyarı üzrə din və ruhani məsələlər üzrə sədr müavini Hacı Mütəllib İbişov, həmin faciəvi hadisələrin şahidi Nazim Əliyev, Muxtariyyətinin sədr müavini Telman Tamoyev çıxış edərək soyqırımı haqqında məlumat veriblər. Azərbaycan xalqının öz ərazi bütövlüyünü bərpa etməkdə göstərdiyi cəsarət vurğulanıb, tarixi ədalətin bərqərar olduğu bildirilib. Belə əhəmiyyətli tədbirlərdə həm yaşlı nəslin, həm də gənclərin iştirakının vacibliyini qeyd edilib.

Rusiyada Xocalı soyqırımı anılıb
Rusiyada Xocalı soyqırımı anılıb
Rusiyada Xocalı soyqırımı anılıb
Rusiyada Xocalı soyqırımı anılıb
Rusiyada Xocalı soyqırımı anılıb
скачать dle 10.6фильмы бесплатно


444

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.