• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

QAİ: Volker Türkü Azərbaycanın məhkəmə sisteminin işinə müdaxilə etməməyə çağırırıq

4-03-2025, 20:00 | Baxılıb: 465
“QAİ: Volker Türkü Azərbaycanın məhkəmə sisteminin işinə müdaxilə etməməyə çağırırıq

Qərbi Azərbaycan İcması (QAİ) BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında səsləndirilmiş qərəzli fikirləri qınayır.

Diaspor info xəbər verir ki, bu barədə QAİ bəyanat yayıb.

"Biz ali komissardan Ermənistanın Azərbaycan torpaqlarını işğalının ağır fəsadlarını, o cümlədən dini-mədəni irsin dağıdılmasını, mina terrorunu pisləməsini, Ermənistanı itkin düşmüş dörd minə qədər azərbaycanlının taleyinin müəyyən edilməsi üçün Azərbaycanla səmimi əməkdaşlığa dəvət etməsini gözləyirdik" , - bəyanatda deyilir.

Bildirilib ki, ali komissar Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın bu yaxınlarda yayılmış və azərbaycanlıların deportasiya edilməsi yolu ilə monoetnik dövlətin yaradılmasını hədəfləyən irqçi çıxışını, İrəvanda qədim məscidin qalıqları üstündə restoran tikilməsini, Ermənistanda zaman-zaman revanşist fikirlərin səslənməsini də pisləməyib:

"Biz ali komissardan Ermənistanı dinc yolla öz dədə-baba yurdlarına qayıdış uğrunda mübarizə aparan Qərbi azərbaycanlılarla dialoqa başlamağa çağırmasını gözləyirdik. Lakin Volker Türk bunların heç birini etmədi. Əksinə, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı fəaliyyət göstərmiş, Xocalı soyqırımını törətmiş şəxslərin azad edilməsinə çağırış etdi. Ali komissarın bu çağırışı, faktiki olaraq cəzasızlığı təşviq etmək anlamına gəlir".

Sonda İcma ali komissarı beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa, beynəlxalq insan haqları hüququna selektiv yanaşmamağa və suveren dövlətin məhkəmə sisteminin işinə müdaxilə etməməyə çağırıb.
скачать dle 10.6фильмы бесплатно


465

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.