• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“The Jerusalem Post” Şəhriyarın “Heydərbabaya salam” poemasından iqtibas gətirib

6-03-2025, 16:00 | Baxılıb: 361
““The Jerusalem Post” Şəhriyarın “Heydərbabaya salam” poemasından iqtibas gətirib

Təbrizdə keçirilən mədəniyyət həftəsində çıxış edən İran .Prezidenti Məsud Pezeşkianın ana dilində şer oxuması vacib məqam idi, çünki zalda şeiri bəyənəcək azərbaycanlılar əyləşmişdi. Eyni zamanda bu, müxtəlif mədəniyyətləri özündə birləşdirən qədim Azərbaycan şəhəri Təbrizin mədəniyyətini qeyd edən tədbirin bir hissəsi idi.
Bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın nüfuzlu nəşrlərindən “Jerusalem Post”da dərc olunmuş “İran prezidenti Pezeşkian mədəni zülmlə üzləşib” sərlövhəli məqaləsində yazıb.
Qeyd olunub ki, əsrlər boyu Azərbaycan xalqının paytaxtı olmuş Təbriz bu gün əhalisinin mütləq əksəriyyəti Azərbaycan Türklərindən ibarət Güney Azərbaycanın mədəniyyət paytaxtıdır. Ərazisi inzibati baxımdan İranın suverenliyi altında olmasına və fars dilinin burada sərbəst şəkildə anlaşılmasına baxmayaraq, əhalisinin əksəriyyəti öz ana dilində - azərbaycanca danışan Güney Azərbaycanın mədəniyyəti vahid Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir.
Yazıda Prezident Pezeşkianın mədəniyyət həftəsinin bağlanış mərasimində çıxışı zamanı dramatik məqamın yaşandığı diqqətə çatdırılıb. Belə ki Pezeşkian məşhur təbrizli şair, “Şəhriyar” ləqəbi ilə tanınan Məhəmmədhüseyn Behcət Təbrizinin xatirəsini onun Azərbaycan dilində qələmə aldığı “Heydərbabaya salam” poemasından bir neçə misra iqtibas etməklə anıb. Həmin an mərasimi təşkil edən rəsmilərdən biri dövlət başçısının çıxışını kəsərək ona şeiri Azərbaycan dilində deməmək barədə xəbərdarlıq edib. Pezeşkianın gülümsəyərək “Türkcə iki misra şeir oxumaqda problem yoxdur” cavabı tamaşaçıların alqışına səbəb olub. İsrailli professor yazısında İran prezidentinin söylədiyi misranı olduğu kimi - Azərbaycan dilində tərcüməsi ilə əks etdirib.
Məqalədə tədbirin vaxtilə Təbrizə səfəri zamanı ona qoşulmuş tamaşaçılarla birlikdə Azərbaycan dilində şeirlər oxumuş İranın keçmiş prezidenti Mahmud Əhmədinecadın səfərini xatırlatdığına da diqqət çəkilib. Müəllif İranda Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirdə Prezidentə müdaxilə edilməyəcəyi halda tədbirin diqqətdən kənarda qala biləcəyini də kinayə ilə vurğulayıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.jpost.com/opinion/article-844092

скачать dle 10.6фильмы бесплатно


361

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.