• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan BMT İHŞ-nin sessiyasında minaların fiziki məhdudiyyətlilərə təsiri ilə bağlı narahatlığını bildirib

11-03-2025, 10:00 | Baxılıb: 438
“Azərbaycan BMT İHŞ-nin sessiyasında minaların fiziki məhdudiyyətlilərə təsiri ilə bağlı narahatlığını bildirib

Azərbaycan mina çirklənməsinin fiziki məhdudiyyətli insanlara təsiri ilə bağlı narahatlığını ifadə edib.
Diaspor info xəbər verir ki, bu barədə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin bəyanatında bildirilib.

Martın 10-da Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında Azərbaycanın daimi missiyası bəyanat təqdim edib. Bəyanatda Azərbaycan hökumətinin fiziki məhdudiyyətli qadınların ictimai həyata inteqrasiyasına, o cümlədən sosial müdafiə, reabilitasiya və fiziki məhdudiyyətli şəxslərin xüsusilə kənd yerlərində, ixtisaslarının artırılması və əmək imkanlarının yaxşılaşdırılmasına yönəlmiş proqramlara xüsusi əhəmiyyət verdiyini qeyd edilib.

Azərbaycan həmçinin öz ərazisində mina çirklənməsinin yüksək səviyyəsi ilə bağlı narahatlığını ifadə edib, əhalinin böyük bir hissəsinin keçmiş işğal olunmuş ərazilərdə erməni qüvvələri tərəfindən yerləşdirilmiş minalardan əziyyət çəkdiyini vurğulayıb.

“Mina çirklənməsi və Ermənistanın dəqiq mina sahələri xəritələrini təqdim etməkdən imtina etməsi qadınlar və uşaqlar da daxil olmaqla insanların həyatını almağa və şikəst etməyə davam edir”, – iclasda oxunmuş bəyanatda deyilib.

Rəsmi Bakı beynəlxalq ictimaiyyəti bu ərazilərin minalardan təmizlənməsində dəstək göstərməyə çağırıb və xüsusi məruzəçidən mina qurbanları probleminə diqqət yetirməsini xahiş edib.

Bundan başqa, Azərbaycan Qırğızıstan hökumətinə fiziki məhdudiyyətli şəxslərin hüquqları üzrə xüsusi məruzəçi ilə əməkdaşlığa görə təşəkkürünü bildirib və Qırğızıstanın fiziki məhdudiyyətli şəxslərin hüquqlarının qorunması üçün gördüyü tədbirləri təqdir edib.скачать dle 10.6фильмы бесплатно


438

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.