• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Ermənistanın mina təhlükəsi ilə bağlı ittihamlarına cavab verib

11-03-2025, 09:30 | Baxılıb: 457
“Azərbaycan Ermənistanın mina təhlükəsi ilə bağlı ittihamlarına cavab verib

Azərbaycan Ermənistanın əsassız ittihamlarını rədd edib və işğaldan zərər çəkmiş ərazilərinin minalardan təmizlənməsində beynəlxalq dəstəyin vacibliyini vurğulayıb.
Diaspor info xəbər verir ki, bu barədə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında Ermənistan təmsilçisinin iddialarına cavab bəyanatında bildirilib.

Martın 10-da BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilmiş 58-ci sessiyasında Azərbaycan Ermənistan nümayəndə heyətinin öz ünvanına yönəlmiş ittihamlarını təkzib edib, yalan narrativlərin təkrarlanmasının dayandırılmasına çağırıb. Bəyanatda vurğulanıb ki, Azərbaycan dünyada mina silahı ilə ən çox çirklənmiş ölkələrdən biridir, Ermənistanın işğalı dövründə onun ərazilərində 1,5 milyondan çox mina və çoxsaylı digər partlayıcı qurğular basdırılıb. Azərbaycan ərazisinin 13 %-dən çoxu minalarla çirklənmiş vəziyyətdə qalır.

“Minaların və tələlərin yaşayış məntəqələrində və obyektlərində, keçmiş cəbhə xəttindən uzaqda, dinc sakinlərin qovulduğu və qayıtmalı olduqları məskənlərdə yerləşdirildiyinə dair çoxsaylı sübutlar var. Hətta qəbiristanlıqlar və mədəni obyektlər də maksimum itkilər yetirmək məqsədilə minalanıb”, – sənəddə qeyd olunub.

2020-ci ildə müharibənin başa çatmasından bəri Azərbaycanda təxminən 180 min hektar ərazi təmizlənib, burada 56 460 mina və 121 188 partlayıcı obyekt aşkar edilib. Buna baxmayaraq, mina təhlükələri azad edilmiş ərazilərin bərpasına və inkişafına əngəl törətməyə davam edir, məcburi köçkünlərin təhlükəsiz qayıdışını çətinləşdirir və təxminən 4 min itkin düşmüş Azərbaycan vətəndaşının axtarışlarını mürəkkəbləşdirir.

Ermənistan nümayəndə heyətinin mümkün şübhələrinə cavab olaraq, Azərbaycan beynəlxalq təşkilatlara təqdim edilmiş hesabatlarla tanış olmağı təklif edib.

Azərbaycan qeyd edib ki, 2020-ci ildən bəri ölkənin humanitar minalardan təmizlənməsi üçün xarici mənbələrdən lazım olan resursların cəmi 6 %-i ayrılıb və bu məsələdə beynəlxalq həmrəyliyin və dəstəyin vacibliyini vurğulayıb.скачать dle 10.6фильмы бесплатно


457

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.