• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdirilir

18-03-2025, 13:00 | Baxılıb: 632
“Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdirilir

Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdirilir.
Diaspor info xəbər verir ki, bu məsələ Milli Məclisin martın 18-də keçirilən iclasında müzakirəyə çıxarılan “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanunda əlilliyi olan şəxslərin səhhətinə və ailə başçısını itirmiş ailələrə vurulmuş ziyana görə zərərçəkmiş şəxslərə onların əlillik dərəcəsindən asılı olaraq birdəfəlik kompensasiyanın verilməsi, habelə 1986-1990-cı illərdə Çernobılda qəzanın nəticələrinin ləğv edilməsi iştirakçılarına səhhətinə vurulmuş ziyana görə hər il üzrə kompensasiya verilməsi ilə bağlı müddəalar nəzərdə tutulub.

Sosial müavinətlərin unifikasiyası ilə əlaqədar “Sosial müavinətlər haqqında” Qanunda Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət müəyyənləşdirilib, yuxarıda qeyd edilən əlillik dərəcəsindən asılı olaraq verilən birdəfəlik kompensasiya isə nəzərdə tutulmayıb.

Əlavə olaraq 2008-ci il sentyabrın 1-dən Prezidentin müvafiq fərmanları ilə Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə aylıq Prezident təqaüdü təsis edilib. Sözügedən şəxslərə Prezident təqaüdü ilə yanaşı müvafiq əmək pensiyası da ödənilir.

Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, bu qəza nəticəsində şüa xəstəliyinə tutulmuş, habelə əlilliyi müəyyən edilmiş şəxslər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunurlar. Həmçinin 7-ci maddənin 1-ci hissəsinin 3-cü bəndinə əsasən qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğvində iştirak etmiş şəxslər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ilk növbədə mənzil sahəsi ilə təmin edilirlər.Mənzil Məcəlləsinin 51.3-cü maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirildiyi müəyyən edilsə də, qanunda bununla bağlı hər hansı dəyişiklik həyata keçirilməyib.

Beləliklə layihə uyğunsuzluqların aradan qaldırılması, köhnəlmiş normaların yeni qanunvericilik normalarına uyğunlaşdırılmaqla Qanunun təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.скачать dle 10.6фильмы бесплатно


632

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.