• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Zəngəzurla bağlı İrəvanın mövqeyi dəyişibsə, elan etsin

27-03-2025, 18:00 | Baxılıb: 573
“Zəngəzurla bağlı İrəvanın mövqeyi dəyişibsə, elan etsin

Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən razılaşdırılmış məsələdə İrəvanın rəsmi mövqeyi dəyişibsə, bu, ölkənin suveren hüququ olaraq qalır, lakin Ermənistan bu barədə müvafiq səviyyədə rəsmi bəyanat versəydi, daha düzgün olardı.
Diaspor info Report-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi əmindir ki, qeyd olunan formatda hərtərəfli qarşılıqlı əlaqənin tezliklə bərpası təkcə Cənubi Qafqazın nəqliyyat-logistika sisteminin modernləşdirilməsinə və onun Avropa ilə Asiya arasında irimiqyaslı yük daşımalarına inteqrasiyasına kömək etməyəcək, həm də Ermənistanın və bütün regionun sosial-iqtisadi inkişafının mühüm amili olacaq.

M.Zaxarova həmçinin xatırladıb ki, üç ölkənin liderləri arasında əldə edilmiş razılaşmaların tam şəkildə həyata keçirilməsinə Qərb ölkələrinin destruktiv təsiri mane olur:

"Bildiyiniz kimi, həqiqətən də çox mühüm olan bu məsələnin həlli üçün 2020-2022-ci illər ərzində əldə edilmiş ən yüksək səviyyəli üçtərəfli razılaşmalara uyğun olaraq, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması üzrə ixtisaslaşmış üçtərəfli işçi qrupu yaradılıb.

Bu işçi qrup çərçivəsində qarşılıqlılıq və suverenlik prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında nəqliyyat marşrutlarının həm hüquqi əsaslarının, həm də texniki parametrlərinin razılaşdırılması istiqamətində böyük işlər görülüb. Bəli, biz Qərb ölkələrinin destruktiv təsirini görürük. Bundan başqa, Ermənistan hakimiyyətinin mövqeyi bəzən, hətta tez-tez bizdə suallar doğurur".скачать dle 10.6фильмы бесплатно


573

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.