• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi qətnamə irəli sürüb

2-04-2025, 09:30 | Baxılıb: 455
“Azərbaycan BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi qətnamə irəli sürüb

Aprelin 1-də Cenevrə şəhərində Azərbaycanın təşəbbüsü və əsas həmmüəllifliyi ilə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi qətnamə layihəsi irəli sürülüb.

Bu barədə Diaspor.info-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 58-ci sessiyası çərçivəsində “Minalar, insan hüquqları və ətraf mühitin deqradasiyası - mina qurbanlarına effektiv yardım” mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə qətnamə layihəsi barədə məlumat verilib.

Azərbaycanın BMT-nin Cenevrə Bölməsi nəzdinəki Daimi Nümayəndəliyi və Universal Rights Group (URG) beynəlxalq təşkilatı tərəfindən birgə təşkil olunmuş tədbir BMT-dəki daimi nümayəndəliklər, insan hüquqları sahəsindəki nüfuzlu qurum və ekspertlər, həmçinin beynəlxalq media nümayəndələrinin iştirakı ilə keçirilib.

Tədbirdə əsas məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycanın əsas həmmüəllif qismində irəli sürdüyü “Piyadalar əleyhinə minaların bütün insan hüquqlarından tam istifadə edilməsinə təsiri” adlı qətnamə layihəsinin BMT İnsan Hüquqları Şurasının gündəliyinə daxil olduğunu elan edib.

Daha əvvəl mövzu üzrə ilk dəfə xüsusi hesabatın İHŞ-da təqdim edildiyi, BMT-də bir sıra paralel tədbirlər və məsləhətləşmələr təşkil olunduğu, ötən il Azərbaycanın təşəbbüsü ilə İHŞ-nın 57-ci sessiyasında yayılmış Birgə bəyanatın 65 ölkə tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb.

Ermənistanın işğalı nəticəsində Azərbaycan torpaqlarının Avropada minalarla ən çox çirklənmiş ikinci ərazi olduğunu vurğulayan Elşad İskəndərov, post münaqişə dövründə 383 vətəndaşımızın mina partlayışında həyat və sağlamlıqlarının itirdiyini, ümumilikdə isə Azərbaycanda 4 000 yaxın mina qurbanı olduğunu vurğulayıb.Tədbirdə çıxış edən qətnamənin həm-müəllifi Əlcəzairin, həmçinin Qambiyanın BMT Cenevrə Bölməsindəki Daimi nümayəndələri, BMT-nin İnsan Hüquqları Pozuntuları üzrə Məruzəçisi, səfir Yvette Stevens və digər natiqlər, minalarla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq imkanları, qarşılıqlı təcrübə mübadiləsi və mina qurbanlarına yardımın mümkün beynəlxalq mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində çıxış edən hüquqşünas və Beynəlxalq İnsan Hüquqları Müşavirləri (IHRA) təşkilatının təsisçisi Ben Kit tərəfindən “Mina Ədaləti” (Campaign for Landmine Justice) kampaniyasının rəsmi təqdimatı da həyata keçirilib. Kampaniyanın başlıca məqsədi mina qurbanlarının hüquqlarının təmin edilməsi məqsədilə beynəlxalq Həmrəylik mexanizminin yaradılmasına nail olmaqdır.скачать dle 10.6фильмы бесплатно


455

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb
Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib
Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.