• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İsraildə Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin 140 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib

8-04-2025, 14:00 | Baxılıb: 486
“İsraildə Üzeyir Hacıbəylinin və  Müslüm Maqomayevin 140 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib

İsraildə Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin 140 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib
İsrailin Afula şəhərində Azərbaycan bəstəkarlıq məktəbinin banisi, musiqişünas-bəstəkar, elm xadimi Üzeyir Hacıbəyli və görkəmli bəstəkar, dirijor Müslüm Maqomayevin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilib. Tədbir həmin ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Afula Bələdiyyəsinin Absorbsiya İdarəsinin dəstəyi ilə baş tutub.
Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilən yubiley gecəsi Azərbaycanın qədim musiqi janrlarından olan muğamla tanışlıqla başlayıb. Gecədə iştirak edən dünya şöhrətli rusiyalı musiqişünas, “Rus naxışları” Moskva vilayət Filarmoniyasının Dövlət Akademik Orkestrinin bədii rəhbəri və dirijoru İlya Yakovleviç Reybarx iki saatlıq mühazirə ilə çıxış edib. O, muğamın Azərbaycanda qorunub saxlanılan orijinal xalq musiqi janrı olduğunu bildirib. İlya Rey

İsraildə Üzeyir Hacıbəylinin və  Müslüm Maqomayevin 140 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib
İsraildə Üzeyir Hacıbəylinin və  Müslüm Maqomayevin 140 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib
İsraildə Üzeyir Hacıbəylinin və  Müslüm Maqomayevin 140 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib
barx muğamın Azərbaycan operası da daxil olmaqla, milli musiqimizin əsasını təşkil etdiyini, eyni zamanda xalqımızın mənəvi və mədəni dəyərlərindən olduğunu diqqətə çatdırıb. Ardınca, muğam sənətimizin inkişafında mühüm rol oynayan məşhur azərbaycanlı xanəndələrin ifasında muğam nümunələrinin səsyazmaları təqdim olunub.
Sonra İlya Reybarx Üzeyir Hacıbəyli və Müslüm Maqomayev yaradıcılığının Azərbaycan milli musiqi mədəniyyətinin inkişafındakı müstəsna rolu haqqında danışıb. O, dünya şöhrətli azərbaycanlı bəstəkarlar – Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Niyazi haqqında da məlumat verib və onların əsərlərinin illərdir dünya səhnələrində səsləndirildiyini qeyd edib. Çıxışında Müslüm Maqomayevin nəvəsi – Azərbaycanın və SSRİ-nin Xalq artisti, məşhur vokal ifaçısı Müslüm Maqomayevin yaradıcılığına da yer ayırıb. Tədbir iştirakçıları müğənninin böyük babası ilə eyni adı daşımasını maraqlı fakt kimi qarşılayıblar.
Ədəbi-musiqili gecədə klassik Azərbaycan musiqisinin zənginliyini nümayiş etdirən “Leyli və Məcnun”, “İldırımlı yollarla”, “Min bir gecə”, “Məhəbbət əfsanəsi” kimi məşhur əsərlərdən parçalar, eləcə də “Koroğlu” operasının uvertürası səsləndirilib.
скачать dle 10.6фильмы бесплатно

486

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.