• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Baş Prokurorluq: SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı 3 şəxs cinayət məsuliyyətinə cəlb edilib

9-04-2025, 13:00 | Baxılıb: 517
“Baş Prokurorluq: SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı 3 şəxs cinayət məsuliyyətinə cəlb edilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaları və digər neqativ hallarla bağlı araşdırma aparılması üçün Baş Prokurorluğa təqdim olunmuş məlumatlar açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Diaspor.info-ya verilən məlumata görə, həmin dövrdə Baş Prokurorluq tərəfindən mütəmadi olaraq sistemli şəkildə həm SHXÇDX, həm də digər dövlət qurumları ilə birgə hərbi xidmətə çağırış zamanı yol verilən qanun pozuntularının qarşısının alınması, şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması məqsədilə kompleks tədbirlər görülüb.

Belə ki, 2025-ci ilin birinci rübündə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qeyd olunan sahədə aparılmış araşdırmalar zamanı ümumilikdə 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda çağırıldığı, 26 nəfərin isə sağlam olmasına baxmayaraq, tibbi müayinədən sonra xidmətə yararsız kimi qeyd olunduğu müəyyən edilib. Həmçinin 12 şəxsin müxtəlif saxta sənədlər vasitəsilə hərbi xidmətdən yayınması faktları aşkarlanıb.

Təkrar tibbi müayinədən keçirilmiş 26 nəfərin hərbi xidmətə yararlı olduqları məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiqləndiyindən, onlar üzrə toplanmış materiallar hərbi xidmətə çağırılmaları məsələsinə baxılması üçün aidiyyəti üzrə SHXÇDX-ə təqdim olunub.

Həmin dövr ərzində qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 1 əməliyyat-axtarış tədbiri keçirilib və bunun nəticəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı Baş İdarədə 2 cinayət işi üzrə istintaq davam etdirilir, 3 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub.

Araşdırmalar nəticəsində aşkar edilən pozuntularla əlaqədar ümumilikdə 157 həkim və tibb işçisi barəsində aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təqdimatlar göndərilib.

Həkim-Məsləhət Komissiyalarının tərkibinə yenidən baxılması üçün də SHXÇDX-ə müraciət edilib.

Qeyd edək ki, bu sahədə daha kəsərli tədbirlərin görülməsi nəticəsində Baş İdarədə 2023-cü ildə 23, 2024-cü ildə isə 49 material üzrə araşdırma aparılıb, ümumilikdə 6 əməliyyat-axtarış tədbiri həyata keçirilərək nəticədə 6 cinayət işi başlanaraq məhkəmələrə göndərilib.скачать dle 10.6фильмы бесплатно


517

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.