• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Avropadakı Azərbaycan diasporu ermənilərin mina terroruna etiraz edib

14-04-2025, 10:30 | Baxılıb: 433
“Avropadakı Azərbaycan diasporu ermənilərin mina terroruna etiraz edib

Avropadakı Azərbaycan diasporu ermənilərin mina terroruna etiraz edib
Aprelin 6-da və 7-də Ağdam, Cəbrayıl rayonlarında mina partlayışlarının baş verməsinə, nəticədə bir hərbçimizin həlak olmasına, dörd mülki şəxsin, o cümlədən azyaşlı uşaqlar müxtəlif dərəcəli bədən xəsarətləri almasına Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu da biganə qalmayıb.
Onlar BMT-nin Mina Əleyhinə Xidmətinə (UNMAS) və İnsan Hüquqları üzrə Ali Komissarlığına (OHCHR), Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinə (EEAS) və ABŞ-dəki nümayəndəliyinə (EEAS Delegation to USA), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (ODIHR), Beynəlxalq Mina Əleyhinə Kampaniyaya (ICBL), “Human Rights Watch”un Avropa üzrə təmsilçisinə, “Amnesty International”ın Almaniya bölməsinə, “BBC News” (Böyük Britaniya), “Deutsche Welle” (Almaniya), “France 24” (Fransa), “Al Jazeera English” (Qətər), “The Guardian” (Böyük Britaniya) kimi media subyektlərinə etiraz məktubları ünvanlayıb.
Etiraz məktublarında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinin hələ də aradan qalxmadığı və günahsız insanların həyatının hər an təhdid altında olduğu xüsusilə vurğulanıb. Ermənistan tərəfindən basdırılan və bu gün də faciəyə səbəb olan minaların xəritələrinin verilməməsi hiddətlə pislənib.
2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsinin başa çatmasından bəri mina partlayışları nəticəsində 392 nəfərin həlak olduğu və ya xəsarət aldığı bildirilib.
Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınmasının və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsinin aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qaldığı xatırladılıb.
Diaspor nümayəndələri beynəlxalq ictimaiyyəti Ermənistanın davam edən hərbi təxribatlarına və mina terroruna göz yummamağa, bölgədə dayanıqlı sülhün və sabitliyin əldə olunması naminə qətiyyətli addımlar atmağa çağırıb.
Mina terroruna etirazlarda “Praqa Azərbaycan Mədəniyyət Evi”, “Macarıstan Azərbaycan Evi”, “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”, “Bremen Azərbaycan Mədəniyyət Evi, “Avropa Azərbaycan Mərkəzi”, “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi, “Azərbaycan Türk Mədəniyyəti Assosiasiyası”, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Niderland - Belçika Azərbaycanlıları Koordinasiya Şurası, Fransa Azərbaycanlılarının Koordinasiya Şurası, “MADANİ-Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” platforması, İsveç-Azərbaycan Mədəniyyət Assosiasiyası, "Xarı-Bülbül" Dünya Azərbaycanlıları Mədəni Dərnəyi, “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti xüsusi aktiv fəaliyyət nümayiş etdirib.

скачать dle 10.6фильмы бесплатно

433

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.