• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

XİN Fransa rəsmilərinin Azərbaycan əleyhinə iddialarına cavab verib

15-04-2025, 10:30 | Baxılıb: 487
“XİN Fransa rəsmilərinin Azərbaycan əleyhinə iddialarına cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa rəsmilərinin ölkə əleyhinə iddialarına cavab verib.

Nazirlikdən Diaspor.info-ya verilən məlumata görə, o, Rəsmi Bakının Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun bu ölkənin Azərbaycandakı səfirinin də istinad etdiyi iddialarını qətiyyətlə rədd etdiyini və pislədiyini bildirib:

"Fransanın siyasətindəki ikili yanaşma, sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən davranışlar narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir. Belə ikiüzlü siyasət regionda davamlı sülh perspektivlərinə mane olur".

A.Hacızadə deyib ki, Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi, onun davamlı anti-Azərbaycan mövqeyi ilə yanaşı, sülh prosesinə xələl gətirir və bu, xarici işlər naziri Jan-Noel Baronun regional gərginliklə bağlı açıq şəkildə narahatlığını ifadə etməsi ilə tamamilə ziddiyyət təşkil edir:

"Bundan əlavə, sülh müqaviləsi layihəsi üzərində işin yekunlaşdırılması mühüm hadisə olsa da, Fransa tərəfi yaxşı başa düşür ki, sülh sazişinin imzalanması və davamlı sabitlik digər məsələlərlə yanaşı, əsas problemlərin, xüsusilə də Ermənistanın konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılmasını, habelə Minsk Qrupunun və ATƏT-in digər əlaqəli strukturlarının rəsmi şəkildə ləğvini tələb edir".

XİN sözçüsü vurğulayıb ki, bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə maneçilik törədilməsi ölkənin suverenliyinə müdaxilə olmaqla yanaşı, dəhşətli qəddarlıqlara görə məsuliyyətin müəyyən edilməsi prosesini sarsıdır. Fransanın bu cür müdaxiləsi cinayətkarları qorumaqla cəzasızlığın davamına xidmət edir:

"Fransa regional işlərimizə qarışmaq əvəzinə, təkcə Azərbaycan deyil, müxtəlif dövlətlər tərəfindən böyük tənqidlərə məruz qalan, xüsusən də dənizaşırı ərazilərində və Afrikada həyata keçirdiyi neokolonial siyasətindən əl çəkməlidir". A.Hacızadə həmçinin qeyd edib ki, fransız neokolonializmi yerli əhalini və resurslarını istismar etməklə bərabər, həmişə fransız maraqlarını həmin dövlətlərin rifahından üstün tutub, habelə uzunmüddətli qeyri-sabitlik və etnik gərginlik yaradıb:

"Heç kimə sirr deyil ki, Fransanın xarici siyasəti onun qondarma “sivilizasiya missiyası”nın mənəvi cəhətdən iflasa uğradığını nümayiş etdirir. Fransadan sülhə xidmət etməyən və regionda sabitliyə xələl gətirən addımlara son qoymağı tələb edirik".

Xatırladaq ki, Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro aprelin 14-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclası çərçivəsində çıxış edərkən regional gərginlik, sülh prosesi və hazırda Azərbaycanda mühakimə olunan ermənilərlə bağlı bəzi anti-Azərbaycan iddiaları səsləndirib.скачать dle 10.6фильмы бесплатно


487

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.