• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Səfir: Çin-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi istiqamətində bütün səyləri göstərəcəyəm

16-04-2025, 13:00 | Baxılıb: 498
“Səfir: Çin-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi istiqamətində bütün səyləri göstərəcəyəm

Əminəm ki, mənə şərəfli bir missiya və böyük məsuliyyət həvalə olunub. İki ölkənin dövlət başçılarının mühüm konsensusunu rəhbər tutaraq öz borcumu yorulmaz əzmlə, vicdanla yerinə yetirəcəyəm və Çin-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi istiqamətində bütün səyləri göstərəcəyəm.
Diaspor.info xəbər verir ki, bunu Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey deyib.

Pekin və Bakının qarşılıqlı faydalı əməkdaşlığa səy göstərən bərabərhüquqlu və etibarlı tərəfdaşlar olduğunu vurğulayan diplomat əlavə edib ki, 2024-cü ilin iyul ayında ÇXR Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev Çin-Azərbaycan strateji tərəfdaşlığının qurulmasını elan ediblər və bu, ikitərəfli münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasına kömək edib.

Lu Mey iki ölkənin “Bir kəmər, bir yol” təşəbbüsünü yüksək keyfiyyətlə həyata keçirmək səylərinin səmərəli nəticələr verdiyini bildirib. Onun sözlərinə görə, hər iki ölkə daha ədalətli və rasional dünya nizamı qurmaq üçün çalışır.

Diplomat əlavə edib: “Çin xarici dünyaya yüksəksəviyyəli açılışı davamlı olaraq genişləndirəcək, ölkənin modernləşdirilməsinin geniş imkanlarını Azərbaycan da daxil olmaqla digər ölkələrlə bölüşəcək və bütün dünyada sabitlik və inkişafı təmin etmək üçün bəşəriyyət naminə ortaq gələcəyi olan icmanın qurulmasını təşviq etməyə davam edəcək”.

Səfir diqqətə çatdırıb ki, o, həmkarları ilə birlikdə xalqın maraqları naminə diplomatiya konsepsiyasını həyata keçirəcək, Çin vətəndaşlarını, tələbələri və həmvətənlərini konsulluq mühafizəsi və xidmətlərlə təmin edəcək.скачать dle 10.6фильмы бесплатно


498

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.