• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Kanadada növbəti Azərbaycan dili sinfi fəaliyyətə başlayıb

16-04-2025, 16:30 | Baxılıb: 550
“Kanadada növbəti Azərbaycan dili sinfi fəaliyyətə başlayıb

Kanadada növbəti Azərbaycan dili sinfi fəaliyyətə başlayıb
Kanadanın Ontario əyalətinin Avrora (Aurora) şəhərində yerləşən York Region Katolik Məktəbinin nəzdində Azərbaycan dili sinfi fəaliyyətə başlayıb.
Sinfin yaradılmasında azərbaycanlı şagirdlərin valideynlərinin və “Father Bressani Catholic High School” məktəbinin beynəlxalq dillər üzrə koordinatorlarının xüsusi rolu olub. Bu təşəbbüs nəticəsində beynəlxalq dillərin tədris olunduğu bir məktəbdə Azərbaycan dilinə də dərs proqramında yer ayrılıb.
Xaricdə Azərbaycan dili siniflərinin açılması mədəniyyətimizin və milli kimliyimizin qorunması, eləcə də bu dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm hadisədir. Yeni təsis edilən sinif də Kanada Azərbaycan icması üçün qürurverici və tarixi addım olmaqla yanaşı, gənclərin ortaq kimlik və mədəni dəyərlər ətrafında bir araya gəlməsinə şərait yaradır.
Dərslər hər şənbə saat 09:30-dan 12:00-a qədər “Father Bressani Catholic High School”da (Ünvan: 250 Ansley Grove Rd, Woodbridge, ON L4L 3W4) keçirilir. Tədrisi uzun illər pedaqoji təcrübəyə malik, “Mənim Azərbaycanım” həftəsonu məktəbinin dram və Azərbaycan dili müəllimi Sevinc Quliyeva, eləcə də köməkçi müəllim Lalin Həsənova aparır.
Qeyd edək ki, Avrora ilə yanaşı, Voqen (Vaughan) və ətraf ərazilərdə yaşayan həmyerlilərimiz +1 416 827 6743 telefon nömrəsi ilə əlaqə saxlayaraq, Azərbaycan dili dərslərinə qeydiyyatdan keçə və bu fürsətdən yararlana bilərlər.

Kanadada növbəti Azərbaycan dili sinfi fəaliyyətə başlayıb
Kanadada növbəti Azərbaycan dili sinfi fəaliyyətə başlayıb
Kanadada növbəti Azərbaycan dili sinfi fəaliyyətə başlayıb
скачать dle 10.6фильмы бесплатно


550

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.