• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Rəsmi Bakı: Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında əlaqə sözün əsl mənasında maneəsiz olmalıdır

17-04-2025, 19:00 | Baxılıb: 573
“Rəsmi Bakı: Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında əlaqə sözün əsl mənasında maneəsiz olmalıdır

Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində önəmli istiqamətlərdən biri delimitasiyadır və Dövlət Komissiyalarının fəaliyyətidir.
Diaspor.info xəbər verir ki, bunu Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu istiqamətdə işləri yüksək qiymətləndirir: “2024-cü il bu baxımdan yaddaqalan oldu. İlk dəfə olaraq danışıqlar vasitəsilə razılığa gəlindi, 90-cı illərin əvvəlindən Ermənistan işğalında olan Qazaxın 4 kəndinin azad olunması prosesi baş tutdu. Dövlət Komissiyaları arasında təmaslar davam edir, bu prosesin növbəti aylarda da davam etməsi gözlənilir. Azərbaycan prosesə ümumilikdə nikbin baxır. Digər məsələ ölkələr arasında kommunikasiyaların açılmasıdır. Azərbaycanın qərb bölgələri ilə Naxçıvana arasında maneəsiz keçidin açılması mövzusu da var. Uzun müddət ərzində bu məsələ ətrafında danışıqlar intensiv gedirdi. Əfsuslar olsun ki, bu məsələdə hələ də əməli nəticə əldə edilməyib. Azərbaycan bu istiqamətdə irəliləyir, Ermənistan tərəfindən hələ də bu razılaşmanın əldə edilməsi baş verməyib. Azərbaycan ümumi kommunikasiyaların açılmasına əlavə olaraq, qərb bölgələri ilə Naxçıvan arasında əlaqənin qurulmasına xüsusi yanaşma tələb edir. Çünki belə hal yoxdur ki, bir ölkə iki hissəyə parçalanmış olsun. Ermənistan 2020-ci ildə maneəsiz keçid üzrə öhdəlik götürüb və bu yerinə yetirilməlidir. Azərbaycan üçün bu keçid sözün əsl mənasında maneəsiz olmalıdır, heç bir maneə olmamalıdır. Bu elə öhdəlik olmalıdır ki, Ermənistanın qanunvericiliyində hər hansı gələcək dəyişikliklər bu vəziyyəti qısa, uzun, orta perspektivdə dəyişmək imkanı olmasın. Çünki biz bunu bir dəfə yaşamışıq. Sovet dönəmində bizim maneəsiz keçidimiz var idi, amma pozuldu və 300 mindən çox əhalisi olan bölgə blokada şəraitində qaldı. Hər hansı siyasi konfiqurasiyanın dəyişməsi elementlərindən asılı olmayaraq, sərbəst maneəsiz keçidin təmin olunmasını Azərbaycan gözləyir və bu istiqamətdə səylərimiz davam edir”.скачать dle 10.6фильмы бесплатно


573

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.