• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib

17-04-2025, 20:00 | Baxılıb: 575
“Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayonu qəbul edib.
Diaspor.info xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə olundu, bu yaxınlarda xarici işlər nazirləri səviyyəsində aparılan siyasi məsləhətləşmələr qeyd edildi.

Dövlətimizin başçısı Azərbaycanın Balkan ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini dedi.

Görüşdə ölkəmizin enerji sahəsində Balkan regionu, o cümlədən Sloveniya ilə əməkdaşlığının inkişafına toxunuldu və bu sahədə perspektivlərə dair fikir mübadiləsi aparıldı. İqtisadi-ticari münasibətlərimizin genişləndirilməsi üçün iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafının vacibliyi vurğulandı.

Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti qeyd edildi. Bu dəhlizin Avropa ilə Çin arasında iqtisadi-ticari əlaqələrin inkişafında mühüm nəqliyyat arteriyalarından biri olduğu bildirildi və bunun Sloveniya şirkətləri üçün də əlverişli imkanlar yaratdığı vurğulandı. Bu xüsusda, Azərbaycanın və Sloveniyanın limanları arasında əməkdaşlıq məsələləri müzakirə olundu.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.скачать dle 10.6фильмы бесплатно


575

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.