• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ABŞ-də “Mədəniyyətlərarası körpü: Azərbaycandan Amerikaya" adlı tədbir keçirilib

28-04-2025, 18:00 | Baxılıb: 497
“ABŞ-də “Mədəniyyətlərarası körpü: Azərbaycandan Amerikaya

ABŞ-də “Mədəniyyətlərarası körpü: Azərbaycandan Amerikaya" adlı tədbir keçirilib
ABŞ-nin Viskonsin-Medison Universitetində fəaliyyət göstərən Azərbaycan Tələbə Assosiasiyasının (AZSA) təşəbbüsü ilə “Mədəniyyətlərarası körpü: Azərbaycandan Amerikaya" adlı tədbir keçirilib.
Tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini, adət-ənənələrini və milli dəyərlərini geniş auditoriyaya tanıtmaq və müxtəlif mədəniyyətlər arasında körpü yaratmaq olub. Universitetin professor-müəllim heyəti, Viskonsin və İllinoys ştatlarında yaşayan Azərbaycan icmasının üzvləri də daxil olmaqla, 100-dən çox adam bu tədbirdə bir araya gəlib. Qonaqlar Azərbaycan musiqisi, rəqsləri və sənət nümunələri ilə yaxından tanış olub, maarifləndirici videolar izləyiblər. Azərbaycan guşəsində milli geyimlər, sənət nümunələri, suvenirlər və ölkəmizin zəngin mədəniyyəti haqqında məlumatlar nümayiş etdirilib.
Əvvəldə Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib.
Açılış nitqində AZSA-nın rəhbəri İbrahim Əhmədli Viskonsin ştatında ölkəmizin təbliğ olunmasının əhəmiyyətindən danışıb və tələbə birliyinin bu istiqamətdə gördüyü işləri diqqətə çatdırıb.
Daha sonra tədbirin aparıcısı, AZSA-nın nümayəndəsi Eltac Sadıqova çıxışında belə tədbirlərin Azərbaycan ruhunu dünyaya tanıtmaq baxımından önəmli olduğunu vurğulayıb və gələcəkdə də oxşar layihələrin həyata keçirilməsinin planlaşdırıldığını bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Zaur Salmanov çıxışında Azərbaycanın tolerant, multikultural bir ölkə olmasından, ABŞ-dəki Azərbaycan diaspor təşkilatlarının mədəniyyətlərarası körpülərin gücləndirilməsi istiqamətində həyata keçirdiyi layihələrdən, komitənin xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və mədəniyyətimizin tanıdılması istiqamətində gördüyü işlərdən bəhs edib.
Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin nümayəndəsi Toğrul Əliyev tədbirə onlayn qoşularaq bu cür tədbirlərin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfələrdən danışıb.
AZSA üzvlərinin Üzeyir Hacıbəyovun "Arşın mal alan" və “O olmasın, bu olsun” operettalarından səhnələri ingilis dilində təqdim etməsi qonaqların böyük alqış və marağı ilə qarşılanıb. Həmçinin, iştirakçılar üçün interaktiv oyunlar da təşkil olunub.
Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının mütəmadi olaraq təşkil etdiyi və ya qatıldığı bu cür tədbirlər Azərbaycan mədəniyyətinin zənginliklərinin dünyada təbliği baxımından olduqca əhəmiyyətlidir.

скачать dle 10.6фильмы бесплатно

497

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.