• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

2-05-2025, 09:30 | Baxılıb: 576
“Faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

Faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

1941 – 1945-ci illər Böyük Vətən müharibəsində qazanılan və bu il təntənəli şəkildə 80 illiyi qeyd edlən qələbədə Azərbaycan xalqının böyük payı olub. Bu müharibədə respublikamızın 600 mindən çox nümayəndəsi iştirak edib. Müharibə illərində Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin bir neçə milli diviziya formalaşdırıldı. Həmçinin 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.
Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı (onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər (onlardan 15 nəfəri azərbaycanlıdır) “Şöhrət” ordeninin tam üç dərəcəsinin kavaleri oldu. Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin orden və medallarını almışlar. Xalqımızın qəhrəman övladları yüzlərlə yaşayış məntəqəsi uğrunda igidliklə döyüşüb, Yuqoslaviya, Polşa, Çexiya və digər ölkələrin azad olunmasında yaxından iştirak ediblər. 1941 – 1945- ci illər Böyük Vətən müharibəsində Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Gəray Əsədov, Hüseynbala Əliyev, Züleyxa Seyidməmmədova, Ziya Bünyadov kimi Azərbaycan övladları böyük rəşadət göstərərək adlarını müharibənin tarixinə qızıl hərflərlə yazıblar.
Bakı neftçiləri 1941 – 1945 - ci illər Böyük Vətən müharibəsinin ən böyük qəhrəmanlarından biri idi. Azərbaycan neftçiləri şücaət göstərərək cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Müharibə illərində neftçilərimiz ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər, aviasiya benzini almaq üçün Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə yeni texnologiya yaradılıb. Ümumilikdə, SSRİ-nin müharibədə sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin isə 80 faizi Azərbaycanın payına düşüb. Həmin dövrün tanınmış siyasətçiləri, hərbçiləri Azərbaycan neftçilərinin fəaliyyətini yüksək qiymətləndirib, neftçilərimizin müharibədə qazanılan qələbədəki payından bəhs ediblər. Cəbhədə düşmənə ağır zərbələr endirməyə imkan verən yüksək oktanlı aviasiya yanacağının da Azərbaycanlı alimlər tərəfindən kəşf olunması ölkəmizin bu müharibədə göstərdiyi əzmkarlıq və rəşadətin bir nümunəsidir.
Həmin illərdə Bakı SSRİ-nin ən vacib silah istehsalat mərkəzlərindən birinə çevrilmişdi. Artıq müharibə illərində Bakıda müxtəlif növlərdə silah, sursat, hərbi mərmi və əşya istehsal olunurdu, qırıcı, maşın yığılan zavodlar yaradılırdı.1941 – 1945-ci illər Böyük Vətən müharibəsi illərində Azərbaycanın nəqliyyatçılarının və xalq təsərrüfatının da xüsusi fəaliyyəti olmuşdur. Bakı dəmiryolçuların şücaəti nəticəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon, o cümlədən 480 min vaqona qədər quru yük göndərilmişdir.
1941-ci ildə Azərbaycan SSR-də 66 hərbi hospital yaradılması, donor hərəkatının genişləndirilməsi, müxtəlif dərman preparatlarının hazırlanması, professor Əziz Əliyevin sədrliyi ilə “Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi” – nin yaradılması xalqımızın tibb sahəsində də necə fədakarlıq göstərdiyini bir daha sübut edir. Müharibə illərində dahi bəstəkarlarımız da vətənpərvərlik mövzusunda yeni əsərlər, mahnılar hazırlayaraq orduya və xalqa dəstək olmağa çalışırdı.
Ulu Öndər Heydər Əliyev Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycanın xüsusi rolu olduğunu hər zaman vurğulamış, müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirmişdir. Heydər Əliyev müharibə iştirakçılarına qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etməyin vacibliyini həmişə diqqət mərkəzində saxlamışdır. 1941 – 1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qazanılan qələbə hər il ölkəmizdə dövlət səviyyəsində təntənəli olaraq qeyd edilir. Prezident İlham Əliyev hər zaman müharibə veteranlarına və onların ailə üzvlərinə olan qayğının artırılması üçün yeni sərəncamlar imzalayır, qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür. Hər il cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamla 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyi tərəfindən qəhrəmanlarımıza olan qayğını bir daha sübut edir.
Faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

скачать dle 10.6фильмы бесплатно


576

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycana idxalına qadağa qoyulmuş dərmanla bağlı iddialara aydınlıq gətirilib
İrəvanda Mirzoyan və Lavrov arasında görüş başlayıb
Prezident İlham Əliyev Ankarada Qərbi Azərbaycanla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib
Ali Məhkəmə əsassız varlanma ilə bağlı qərar qəbul edib
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Bu günədək azad edilmiş ərazilərdə 80-dən çox həkim və orta tibb işçisi işlə təmin olunub

Azərbaycana idxalına qadağa qoyulmuş dərmanla bağlı iddialara aydınlıq gətirilib

İrəvanda Mirzoyan və Lavrov arasında görüş başlayıb

Prezident İlham Əliyev Ankarada Qərbi Azərbaycanla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib

Ali Məhkəmə əsassız varlanma ilə bağlı qərar qəbul edib

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

Bu günədək azad edilmiş ərazilərdə 80-dən çox həkim və orta tibb işçisi işlə təmin olunub

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub

Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub

Azərbaycan və Macarıstan arasında əlaqələrin daha da genişlənməsinə xidmət edən səfər

“Suverenlik və Konstitusiya: Gəncliklə Gələcəyə” mövzusunda forum təşkil edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.