• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Kamran Şəfiyev: Azərbaycan Konstitusiyası hüquqi dövlət quruculuğunun və sosial ədalətin təminatıdır

2-05-2025, 12:00 | Baxılıb: 748
“Kamran Şəfiyev: Azərbaycan Konstitusiyası hüquqi dövlət quruculuğunun və sosial ədalətin təminatıdır

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 30 il bundan əvvəl qəbul edilmiş Konstitusiya, dövlət və cəmiyyətin bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların əsası kimi çıxış edib. Ümummilli Lider Heydər Əliyevin hüquqi dövlət quruculuğu istiqamətində apardığı ardıcıl və məqsədyönlü siyasəti nəticəsində Konstitusiya müasir hüquqi dövlətin təməlini təşkil edən dəyərləri özündə əks etdirib və müstəqil Azərbaycan hüquqi, siyasi və iqtisadi inkişaf strategiyasının əsasını qoyub.

Diaspor info xəbər verir ki, bunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev mayın 2-də “İctimai proseslər media müstəvisində” adlı forumda çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycan Konstitusiyasında hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətin bölünmə prinsipi əsasında qurulması, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi bəyan edilməsi və digər mütərəqqi ideyalar dayanıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın inkişafı və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ölkədə həyata keçirilən hüquqi və institusional islahatlar, Konstitusiyaya edilən əlavə və dəyişikliklər dövlət idarəçiliyinin səmərəliliyini artırmaq, insan hüquqlarının daha uyğun şəkildə qorunmasını təmin etmək məqsədi daşıyır. Keçirilmiş referendum nəticəsində Konstitusiyada mütərəqqi dəyişikliklər edilib və idarəetmə sistemi çevik və effektiv təmin olunub.

Kamran Şəfiyev qeyd edib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar ölkəmizdə siyasi, iqtisadi və hüquq sisteminin köklü dəyişdirilməsindən ibarət olmaqla, dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edib. Azərbaycan Respublikası Konstitusiyasında sosial ədalət konsepsiyası geniş formada öz əksini tapıb. Burada iqtisadiyyatın azad inkişafına təminat verməklə ölkənin hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi funksiyası olaraq dövlətin üzərinə qoyulub.скачать dle 10.6фильмы бесплатно


748

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.