• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Baş Assambleyasında və İdarə Heyətinin iclasında iştirak edib

14-05-2025, 15:30 | Baxılıb: 577
“Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Baş Assambleyasında və İdarə Heyətinin iclasında iştirak edib

Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Baş Assambleyasında və İdarə Heyətinin iclasında iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İran İslam Respublikasında keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) İdarə Heyətinin iclasında və Assosiasiyanın Baş Assambleyasında iştirak edib.
Tədbirlərdə çıxışı zamanı Ombudsman Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilən fəaliyyətlərdə fəal şəkildə iştirak etdiyini, bir sıra mühüm qlobal tədbirlərə ev sahibliyi etdiyini bildirib.
Müvəkkil ötən il Assosiasiya çərçivəsində üzv təsisatlar arasında əlaqələrin gücləndirilməsi və birgə fəaliyyətin artırılmasından məmnunluqla bəhs edib, əhalinin həssas qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təşviqi istiqamətində işlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Ombudsmanının mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi üzrə həyata keçirdiyi fəaliyyəti, eləcə də təsisatın ötən müddətdə fəaliyyəti barədə məlumat verən Səbinə Əliyeva əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlərdən, əldə olunmuş müsbət təcrübədən bəhs edib.
Müasir dövrün mühüm problemlərindən biri kimi məcburi miqrasiyanı xüsusi qeyd edən Səbinə Əliyeva Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma torpaqlarından zorla qovularaq qaçqın düşdüyünü və onların fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu bildirib. Ombudsman həmin şəxslərin hüquqlarının müdafiəsi və doğma torpaqlarına qayıdışının təmini istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Müvəkkil Ermənistan tərəfindən ərazilərimizdə basdırılmış minaların insanların həyat və sağlamlıqlarının itirilməsinə səbəb olduğunu, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıdışı və təhlükəsiz yaşaması üçün ciddi təhdid yaratdığını, basdırılmış minaların dəqiq xəritələrinin hələ də ölkəmizə təhvil verilmədiyini bildirib. Ombudsman bununla bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə müraciət etdiyini, bu problemin həlli istiqamətində əməli tədbirlərin görülməsi ilə bağlı çağırışlar edildiyini, lakin bu günədək hər hansı bir nəticənin əldə olunmadığını vurğulayıb.
İƏT OA çərçivəsində cari ildə məcburi miqrasiyaya dair maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini vurğulayan Ombudsman bu təşəbbüslərin insan hüquqlarının qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Tədbirlərdə Assosiasiyaya üzv ölkələrin ombudsman və milli insan hüquqları təsisatları arasında əməkdaşlığın artırılmasının vacibliyi diqqətə çatdırılıb, qarşılıqlı fikir mübadiləsi və müzakirələr aparılıb.
Ombudsman, həmçinin beynəlxalq media nümayəndələrinə, eləcə də İran İslam Respublikasının yerli media nümayəndələrinə müsahibələr verib, ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Baş Assambleyasında və İdarə Heyətinin iclasında iştirak edib
Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Baş Assambleyasında və İdarə Heyətinin iclasında iştirak edib
Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Baş Assambleyasında və İdarə Heyətinin iclasında iştirak edib
Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Baş Assambleyasında və İdarə Heyətinin iclasında iştirak edibскачать dle 10.6фильмы бесплатно


577

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.