• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Səfir: Macarıstan Qarabağın azad olunmuş ərazilərinin yenidən qurulmasında iştirak etməyə hazırdır

15-05-2025, 13:00 | Baxılıb: 693
“Səfir: Macarıstan Qarabağın azad olunmuş ərazilərinin yenidən qurulmasında iştirak etməyə hazırdır

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü ardıcıl surətdə dəstəkləyib və Qarabağın azad olunmuş ərazilərinin bərpası və yenidən qurulmasında iştirak etməyə hazırdır.

Bunu Diaspor.info-ya açıqlamasında Muxtar Respublikada səfərdə olan Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.

O qeyd edib ki, Macarıstanın KÉSZ Qrupu Cəbrayılın Soltanlı kəndini yenidən quracaq və bununla da təqribən 6 min nəfər üçün yaşayış təmin edəcək:

“Soltanlıdakı yeni məktəb Macarıstan hökumətinin ianəsi ilə tikiləcək. Macarıstan bir dövlət olaraq və ölkəmizin şirkətləri "Qarabağı Yenidən Qur" sərgilərində müntəzəm iştirak ediblər. Biz Macarıstan tikinti sektorunun innovativ həllərini Azərbaycana gətirməyə hazırıq. Qarabağın bərpasında ortaq səylərimiz və əməkdaşlığımız ölkələrimizin güclü və strateji əlaqələrini daha da möhkəmləndirir”.

Diplomat vurğulayıb ki, Macarıstan 2021-ci ildə Azərbaycana minalardan təmizləmə səyləri üçün maliyyə dəstəyi təklif edən ilk ölkə oldu.

“O vaxtdan bəri biz bu məsələyə aid bütün mühüm tədbirlərdə fəal iştirak etmişik və azad olunmuş ərazilərə əhalinin təhlükəsiz qayıdışını mümkün qədər tezləşdirmək üçün əlimizdən gələni əsirgəməmişik”, - səfir deyib.скачать dle 10.6фильмы бесплатно


693

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.