• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib

16-05-2025, 18:00 | Baxılıb: 712
“MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində təşkil olunmuş MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 56-cı iclasında iştirak edib.

Bu barədə Diaspor.info-ya DTX-dan məlumat verilib.

Bildirilib ki, tədbirdən əvvəl Tacikistan Prezidenti Emoməli Rəhmon MDB ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib, sonra iclas öz işinə başlayıb.

MDB məkanında beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlıq və kibercinayətkarlığa, dini ekstremizm və radikalizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizənin aparılmasının, habelə region ölkələrinin üzləşdiyi xarici təhdidlərin vaxtında zərərsizləşdirilməsi məqsədilə xüsusi xidmət orqanları arasında məlumat mübadiləsinin aparılmasının vacibliyi iclasın əsas müzakirə mövzusu olub.

Qeyd olunub ki, göstərilən istiqamətlərdə MDB ölkələrinin təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun qurulması üçün bundan sonra da bütün imkanlar səfərbər edilməli, qurumların qüvvə və vasitələrindən təhlükəsizliyə mənfi təsir göstərən halların aradan qadırılması yönündə daima səmərəli istifadə olunmalıdır.

Tədbir ərzində MDB dövlətlərinin xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqələrinin gələcək perspektivləri və strategiyası, həmçinin qarşıda duran vəzifələr barəsində geniş fikir mübadiləsi aparılıb.скачать dle 10.6фильмы бесплатно


712

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.