• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciəti

18-05-2025, 15:00 | Baxılıb: 464
“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciəti

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)
“İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciəti

İnsan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl və kompleks islahatlar həyata keçirilmiş, bu istiqamətdə fundamental hüquqi baza formalaşdırılmışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunmuş ilk “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə strateji fəaliyyətin əsasını qoymuşdur. Bu mühüm sənədə əsaslanaraq, Prezident cənab İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə rəsmi olaraq İnsan Hüquqları Günü kimi təsis edilmişdir və həmin tarix hər il geniş şəkildə qeyd olunur.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən bu əlamətdar gün ərəfəsində ənənəvi olaraq 18 may – 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan olunur. Aylıq çərçivəsində hüquq və azadlıqların təbliği, ictimaiyyətin hüquqi biliklərinin artırılması, insan hüquqları sahəsində mövcud çağırışların müzakirəsi və milli səviyyədə həyata keçirilmiş fəaliyyətlərin ictimailəşdirilməsi nəzərdə tutulur. Xüsusi ilə qeyd edilməlidir ki, builki kampaniyada qanunun aliliyi, hüquq mədəniyyəti, hüquqi məsuliyyət və inklüziv cəmiyyət prinsiplərinin təbliği əsas mövzulardan biri olmalıdır.
Bu baxımdan, dövlət orqanları, bələdiyyələr, təhsil və mədəniyyət müəssisələri, tibb və sosial xidmət qurumları, penitensiar müəssisələr, qeyri-hökumət təşkilatları, media nümayəndələri və digər aidiyyəti qurumlar “İnsan Hüquqları Aylığı” çərçivəsində keçiriləcək tədbirlərə fəal şəkildə qoşulmağa, müxtəlif formatlı maarifləndirmə tədbirləri, müzakirələr, təlimlər və məlumatlandırıcı kampaniyalar keçirməyə dəvət olunurlar. Xüsusilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması nəzərə alınaraq, tədbirlərdə milli konstitusiya dəyərlərinin və qanunun aliliyinin təbliğinə xüsusi önəm verilməsi tövsiyə olunur.
Aylıq çərçivəsində həyata keçirilən tədbirlər və maarifləndirmə fəaliyyətləri barədə məlumatların #İnsanHüquqlarıAylığı və #HumanRightsMonth həştəqləri ilə sosial media platformalarında paylaşılması xahiş olunur.
Eyni zamanda, əhalinin bütün qruplarının, xüsusən sosial cəhətdən həssas, o cümlədən şəhid ailələrinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, uşaqların, ahılların, qaçqınların, keçmiş məcburi köçkünlərin, miqrantların hüquqlarının təmini məsələlərinə xüsusi həssaslıq göstərilməsi, hüquqi maarifləndirici vəsaitlərin hazırlanması, nəşri və əhali arasında yayılması, keçirilən tədbirlərin, çəkilən sosial çarxların audiovizual, çap, onlayn media, həmçinin teleradio kanalları, sosial şəbəkə hesabları vasitəsilə işıqlandırılması işində fəallıq nümayiş etdiriləcəyinə inanır və əvvəlcədən təşəkkürümü bildirirəm.


Hörmətlə,

Səbinə Əliyeva

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)

18 may 2025-ci ilскачать dle 10.6фильмы бесплатно


464

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.