• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Məhkəmədə nümayiş olunan videoda Ter-Petrosyanın Azərbaycan ərazilərinin işğalının məqsədi və səbəbləri barədə fikirləri dinlənilib

19-05-2025, 18:00 | Baxılıb: 627
“Məhkəmədə nümayiş olunan videoda Ter-Petrosyanın Azərbaycan ərazilərinin işğalının məqsədi və səbəbləri barədə fikirləri dinlənilib

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündə etdiyi çıxışının videosu nümayiş olunub.
Diaspor info xəbər verir ki, kadrlarda Levon Ter-Petrosyan çıxışında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərinin işğalının niyyəti, həmçinin məqsədi və səbəbləri barədə danışır.

Vidomaterialda göstərilir ki, tarixi “qələbələr”i qeyd etdiklərinə görə məmnun olduğunu bildirən L.T.Petrosyan 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb: “Deyirlər ki, “Qarabağ” hərəkatını başlatmağın nə mənası var idi? Bu beş il ərzində nə qədər qan töküldü, nə qədər insan həlak oldu, amma heç bir nəticəyə gəlinmədi”, - deyə bəzi şəxslər irad bildirirlər. Hətta həmin dövrdə Ermənistan hakimiyyəti... İndi isə həmin əməliyyatlarda iştirak etməyən müxalifət nümayəndələri və digər partiyalar bizim fəaliyyətimizə kölgə salmağa çalışırlar.

Üstəlik, deyirlər ki, o vaxt erməni hərəkatı “miatsum, miatsum” deyib meydana çıxmağın nə mənası var idi? İndi də Qarabağın tanınmasından yayınırlar. Onların mövqeyi dəyişməyib. Deyirlər ki, əgər bu hərəkat 1988-ci ildə başlamasaydı da, onsuz da Sovet İttifaqı 1991-ci ildə dağılırdı və biz hər halda müstəqillik əldə edəcəydik. Amma məsələ burasındadır ki, əgər biz 1988-ci ildə fəaliyyətə başlamasaydıq, 1991-ci ildə bizim bu üçillik təcrübəmiz olmayacaqdı və nəticədə nəinki Qarabağ, heç Ermənistanın özü də bu qədər hazırlıqlı olmayacaqdı. Hətta Qarabağ olmayacaqdı”.

Məhkəmədə təqdim olunnan videoda Ermənistanın keçmiş prezidenti deyib: “Birincisi, bu hərəkət sayəsində Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildir həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Qarabağ digər xalqlardan tamamilə təmizləndi. Bu, 600 illik problemdir və erməni xalqı növbəti 600 ildə də onun əhəmiyyətini hiss edəcək. Təsəvvür edin ki, əgər bu gün Ermənistanda, 1988-ci ilə qədər burada yaşayan digər millətlərdən olan 170 min insan yaşamaqda davam etsəydi, bu gün bizim dövlətimiz olmazdı. Biz nə şimal rayonlarımızı, nə də Göyçə (Sevan) rayonunu qoruya bilməzdik.Unutmayın, yadınıza salım ki, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiya bölgələrində azərbaycanlılar çoxluq təşkil edirdi və Zəngəzur bölgəsində də əhalinin böyük hissəsini təşkil edirdilər. İndi bu problem həll olunub. Bu problemi biz öz hərəkatımızla həll etdik. Bu, xalqımızın milli azadlıq mübarizəsi, erməni milli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə birləşmələrimiz və yerli Qarabağ bölmələrimizin fəaliyyəti ilə mümkün oldu. Qarabağ da həmçinin. Bu gün Qarabağın bütün ərazisi, üstəlik daha böyük bir hissə ermənilərin əlindədir”.

Kadrlarda L.T.Petrosyan deyir: “…Yekun olaraq bir məqamı da qeyd etməyə bilmərəm: Qeyd edirəm ki, bütün qələbələrimizin tacı olaraq qüvvələrimiz dünən gecə və bu səhər Ağdama daxil olublar”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.скачать dle 10.6фильмы бесплатно


627

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.