• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Britaniyanın “Diplomat” jurnalında Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümünə həsr olunmuş məqalə dərc olunub

23-05-2025, 10:00 | Baxılıb: 331
“Britaniyanın “Diplomat” jurnalında Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümünə həsr olunmuş məqalə dərc olunub

Britaniyanın “Diplomat” jurnalında səfir Elin Süleymanovun Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümünə həsr olunmuş məqaləsi dərc olunub.
Diaspor.info xəbər verir ki, məqalədə Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin o dövrün mütərəqqi dəyərlərinə - suverenlik, dünyəvilik və demokratik idarəetmə prinsiplərinə əsasən qurulmasına, ölkəmizdə Qərb dövlətlərinin bir çoxundan daha əvvəl qadınlara səsvermə hüququnun verilməsinə diqqət çəkilib.

1920-ci ildə Sovet işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini itirməsi, daha sonra 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasının keçdiyi inkişaf yolu barədə məlumat verilib, ölkəmizin regional və beynəlxalq sülhə, təhlükəsizliyə, mədəniyyətlərarası dialoqa, çoxtərəfli əməkdaşlığa, enerji təhlükəsizliyinə verdiyi töhfələr sadalanıb.

Məqalədə 2019–2023-cü illərdə Azərbaycanın Qoşulmama Hərəkatına Sədrliyi çərçivəsində, eləcə də 2024-cü ildə ölkəmizin ev sahibliyi etdiyi COP29 zamanı əldə olunmuş nailiyyətlər qeyd olunub. Beynəlxalq səviyyədə tanınan əraziləri üzərində tam suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi barədə məlumat verilib.

Azərbaycanın diplomatik əlaqələrində Böyük Britaniyanın xüsusi əhəmiyyətə malik strateji tərəfdaş və etibarlı dost ölkə olduğu vurğulanıb. Ötən il ikitərəfli münasibətlər baxımından əlamətdar il olduğu qeyd olunub, bu xüsusda Prezident İlham Əliyevin iyul ayında keçirilən Avropa Siyasi Birliyinin 4-cü Sammitində iştirak etmək üçün Britaniyaya səfəri, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin noyabr ayında COP29-un Liderlər Sammitində iştirak etmək məqsədilə Azərbaycana səfər etməsi qeyd edilib. Bu səfərin Böyük Britaniya Baş nazirinin vəzifədə ikən Azərbaycana ilk səfəri kimi tarixə düşdüyü vurğulanıb.

Bu ilin 30 aprel tarixində Londonda Azərbaycan - Böyük Britaniya Hökumətlərarası Komissiyasının yeddinci iclası keçirildiyi, Böyük Britaniyanın Azərbaycana ən çox sərmayə yatıran - indiyədək 37 milyard ABŞ dolları ölkə olduğu bildirilib. İkitərəfli münasibətlərdə bu müsbət dinamikanın davam etməsinin və önümüzdəki aylarda qarşılıqlı səfərlərin, siyasi-iqtisadi əlaqələrin daha da inkişaf etməsinin gözlənildiyi vurğulanıb.скачать dle 10.6фильмы бесплатно


331

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.