• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Heydər Əliyev və Azərbaycan Respublikası Konstitusiyası – suveren dövlətin hüquqi əsası” mövzusunda elmi-nəzəri konfrans keçirilib

23-05-2025, 23:00 | Baxılıb: 626
““Heydər Əliyev və Azərbaycan Respublikası Konstitusiyası – suveren dövlətin hüquqi əsası” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Diaspor info xəbər verir ki, may ayının 23-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Respublikası Konstitusiyası – suveren dövlətin hüquqi əsası” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının tarixinə həsr olunmuş videoçarxın nümayişi ilə davam edib.

Giriş nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Azərbaycanın müstəqillik tarixinin mühüm bir hissəsi kimi Konstitusiyanın əhəmiyyəti, onun ölkənin hüquq bazasının, müasir məhkəmə və hüquq sisteminin formalaşması prosesindəki yeri barədə məlumat verib və bildirib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası ölkədə insan hüquqlarının, ədalət mühakiməsinin və dövlət idarəçiliyinin prinsiplərini müəyyən etməklə hüquqi mühitin qarantıdır.

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Səxavət Novruzov qeyd edib ki, Ulu öndərin müəllifi olduğu Konstitusiyanın qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsini əks etdirən hadisə idi. Bununla ölkəmizin və xalqımızın dövlətçilik tarixinə yeni bir səhifə yazıldı, dahi rəhbər Heydər Əliyevin uzunmüddətli gərgin ­əməyinin məhsulu olan Konstitusiya öz demokratikliyi, humanistliyi ilə seçilərək ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və müstəqil dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratdı.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmədov çıxış edərək bildirib ki, Əsas Qanunun qəbulundan sonra ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək məqsədilə müasir tələblərə cavab verən çoxpilləli məhkəmə sisteminin yaradılması hər kəsin hüquq və azadlıqlarının daha obyektiv təmin edilməsinə şərait yaradır.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Tural Əliyev və Şahbuz Rayon Məhkəməsinin sədri Daşqın Səfərov Konstitusiyanın qəbulundan sonra məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan ardıcıl islahatlar və dövlət suverenliyinin hüquqi-siyasi baxımdan tam bərqərar olunmasından sonra azad edilmiş ərazilərdə qurulmuş müstəqil hüquq sistemi barədə məlumat veriblər. Bildirilib ki, müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərinə məruz qalan Azərbaycan artıq ölkənin bütün ərazisində hakimiyyətin aliliyi və nəzarət funksiyasının tam bərpasına nail olub. Bu, dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələdir.скачать dle 10.6фильмы бесплатно


626

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.