• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Ermənistandan deportasiya olunmuş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı BMT-nin Qaçqınlar üzrə Ali Komissarına məktub ünvanlayıb

27-05-2025, 11:00 | Baxılıb: 489
“Ombudsman Ermənistandan deportasiya olunmuş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı BMT-nin Qaçqınlar üzrə Ali Komissarına məktub ünvanlayıb

Ombudsman Ermənistandan deportasiya olunmuş şəxslərin hüquqlarının
müdafiəsi ilə bağlı BMT-nin Qaçqınlar üzrə Ali Komissarına məktub ünvanlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandiyə vaxtilə Ermənistandan deportasiya edilmiş azərbaycanlı soydaşlarımızın qayıdış hüququ ilə bağlı məktub ünvanlayıb.
Ombudsman məktubda beynəlxalq hüquqa zidd olaraq, soydaşlarımızın indiki Ermənistan ərazisindən etnik təmizləmə siyasəti nəticəsində müxtəlif dövrlərdə sistemli şəkildə deportasiya olunduqları barədə məlumat verib.
Məktubda qeyd olunub ki, bir sıra beynəlxalq hüquqi sənədlərdə, o cümlədən BMT Baş Assambleyasının 194 saylı qətnaməsində insanların qayıdış hüququ fundamental insan hüququ kimi tanınır və hər bir fərdin öz vətəninə geri dönmək hüququ vardır. Eyni zamanda, beynəlxalq hüququn ümumi prinsiplərinə əsasən qayıdış hüququnun yalnız öz torpaqlarından zorla qovulmuş şəxslərə aid edilmədiyi, eləcə də onların ailə üzvləri və gələcək nəsillərinin də bu hüquqdan istifadə etməsinin, dəymiş maddi və mənəvi zərərə görə kompensasiya tələb etmə hüququnun tanındığı qeyd olunub.
Müvəkkil Filippo Qrandiyə ünvanladığı məktubda onun mandatı çərçivəsində tarixi torpaqlarından zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnun beynəlxalq səviyyədə tanınması və bu məsələnin qlobal insan hüquqları gündəminə çıxarılması üçün fəal təşəbbüslərlə çıxış etməsinin vacibliyini vurğulayıb. Həmçinin bu həssas məsələnin BMT-nin aidiyyəti hesabatlarında və tövsiyələrində əks olunmasına dəstək göstərməyə çağırıb, bu kimi fəaliyyətin bölgədə uzunmüddətli sülhə və ədalətin bərqərar olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


489

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.