• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ərdoğan: Zəngəzur dəhlizi Türkiyədən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir

29-05-2025, 20:00 | Baxılıb: 428
“Ərdoğan: Zəngəzur dəhlizi Türkiyədən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir

Zəngəzur dəhlizi Azərbaycan üçün Naxçıvanla quru əlaqəsi olmaqla yanaşı, həm də Türkiyə üzərindən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir.
Diaspor.info "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlaması zamanı deyib.

Prezidentin sözlərinə görtə, qısa müddətdə bu keçidin açılması Qafqazın nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcək:

"Biz qonşumuz İrandan bölgəmizdə sülhə, əmin-amanlığa və inkişafa xidmət edəcək bu addımları dəstəkləməsini gözləyirik. Biz istəyirik ki, bu mühitdən hamı faydalansın. Atılan hər addım, açılan hər qapı və dəhliz iqtisadi qazanc gətirəcək, ölkələri zamanla yaxınlaşdıracaq".

Türkiyə lideri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və inkişaf fəaliyyətini qətiyyətlə dəstəklədiyini də əlavə edib.

Onun sözlərinə görə, Türkiyə illərdir, davam edən iztirabların qarşısının alınmasına, Cənubi Qafqazda sabitliyin, əmin-amanlığın və rifahın bərqərar olmasına böyük əhəmiyyət verir:

"Türkiyə Azərbaycan və Ermənistan arasında atılan addımları alqışlayır. Sülh sazişinin mətni üzrə əldə olunan razılaşmanı da sabitliyə gedən yolda mühüm inkişaf kimi görür və bu prosesin tez bir zamanda yekunlaşmasını arzu edir. Müharibənin qalibi Can Azərbaycan həm də regionda sülhün memarı kimi meydana çıxıb".скачать dle 10.6фильмы бесплатно


428

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.