• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Lüksemburq azərbaycanlıları ilə görüş keçirilib

31-05-2025, 12:30 | Baxılıb: 385
“Lüksemburq azərbaycanlıları ilə görüş keçirilib

Lüksemburq azərbaycanlıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Benilüks ölkələrinə səfəri çərçivəsində Lüksemburq Böyük Hersoqluğundakı Azərbaycan icması ilə görüşüb.
Görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsinin yad olunması ilə başlayıb.
Komitə sədri soydaşlarımız arasında əlaqələrin şaxələnməsini təşviq edən layihələr barədə məlumat verib, diasporumuzun informasiya müharibəsindəki strateji rolu, doğru mövqeyi və milli dəyərlərə sadiqliyi barədə danışıb. Bildirib ki: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətinin nəticəsində xaricdəki Azərbaycan icmaları öz fəaliyyətlərini yeni və müasir çağırışlara uyğun qurub, ölkəmizin nüfuzunun artırılmasını əsas hədəflərinə çeviriblər”.
Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov çıxışında Lüksemburqda icma görüşünün keçirilməsini təqdir edib, diaspor fəalliyyətindəki müsbət dinamikanı yüksək qiymətləndirib, son illər soydaşlarımızın diaspor quruculuğuna böyük maraq göstərdiklərini vurğulayıb.
Azərbaycan və Lüksemburq Dostluq Assosiasiyasının (“LuxAz”) təsisçisi Seymur Əhmədov assosiasiyanın fəaliyyəti haqqında geniş məlumat verib, Lüksemburqdakı soydaşlarımıza göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
Görüşdə icmanın fəaliyyətinin müxtəlif aspektləri müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. İcma üzvləri diasporun inkişafına yönələn təşəbbüslər, bilik və təcrübə mübadiləsi, icma üzvləri arasında əlaqələrin dərinləşməsi ilə bağlı təkliflər səsləndiriblər. Sonda Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Lüksemburq üzrə koordinatoru seçilib.

скачать dle 10.6фильмы бесплатно

385

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.