• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Fuad Muradov Belçika azərbaycanlıları ilə görüşüb

1-06-2025, 12:00 | Baxılıb: 386
“Fuad  Muradov Belçika azərbaycanlıları ilə görüşüb

Fuad Muradov Belçika azərbaycanlıları ilə görüşüb
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Belçikadakı Azərbaycan icması ilə görüşüb.
Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyində təşkil olunan görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımızın əziz xatirəsinin yad olunması ilə başlayıb.
“Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və uğurlu diaspor siyasəti xaricdəki Azərbaycan icmalarının fəaliyyətində öz əksini tapır” – bu sözləri komitə sədri çıxışında səsləndirib. Xaricdəki azərbaycanlıların ölkəmizin tarixi qələbəsindən sonra informasiya müharibəsi, diplomatik təşəbbüslər və lobbiçilik sahəsində kifayət qədər fəallaşdığını, keyfiyyətli fəaliyyət ortaya qoyduqlarını qeyd edib.
Soydaşlarımıza dünya azərbaycanlılarının birliyini gücləndirmək məqsədilə sistemli şəkildə həyata keçirilən layihələr barədə müfəssəl məlumat verilib.
Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov icma görüşünü müsbət qiymətləndirib, soydaşlarımızın diaspor fəaliyyətini təqdir etdiyini dilə gətirib.
“Fireland” Azərbaycanlılar Birliyinin, BAF – Belçika Azərbaycanlıları Federasiyasının, “MADANİ – Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” təşkilatının, “Radio Octo” radiosunun, “BUTAM” Azərbaycan Mədəniyyət Assosiasiyasının, İrs-Azərbaycan Belçika Tələbə Assosiasiyasının təmsilçiləri fəaliyyətləri barədə məlumat verib, təkliflərini səsləndiriblər. Soydaşlarımız müasir platformalarda bir araya gələrək daha güclü, daha məhsuldar və daha effektiv birlik mühiti yaratdıqlarını nəzərə çatdırıb, bu cür görüşlərə maraqlarının artdığını ifadə ediblər.
Görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçiyə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.
Tədbirdə, həmçinin Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Belçika üzrə koordinatoru seçilib.
Bədii hissədə azərbaycanlı uşaq və gənclərin ifasında təqdim olunan milli musiqilər, milli rəqslər sürəkli alqışlarla qarşılanıb.

скачать dle 10.6фильмы бесплатно

386

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.