İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.
Diaspor.info xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi:
Prezident İlham Əliyevin
çıxışı
-Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatı dünən başa çatdı. Azərbaycan milli komandası bütün oyunlarda peşəkarlıq, qələbə əzmi göstərərək dünya çempionu titulunu qazanmışdır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. İlk növbədə, komandanın oyunçularını, məşqçilərini, mütəxəssislərini, Minifutbol Federasiyasını və bu qələbədə iştirak etmiş bütün insanları təbrik edirəm. Siz Azərbaycan xalqına yeni qələbə sevinci bəxş etmisiniz! Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu, artıq gözəl tarixdir. Bu tarixi yazan da sizsiniz və şadam ki, Azərbaycanda minifutbol üzrə belə güclü oyunçularımız var.
Çempionatı izləyənlər öz gözləri ilə bizim oyunçularımızın tam üstünlüyünü görə biliblər. Mən oyunlarınızın son dördünü izləmişəm və tam əminliklə deyə bilərəm ki, bu qələbə ədalətli mübarizədə qazanılmış qələbədir. Siz bu qələbəyə layiqsiniz. Futbol meydançasında bütün rəqibləri üstələmisiniz və eyni zamanda, gözəl komanda ruhu nümayiş etdirmisiniz. Görürəm ki, oyunçular bir-birinə çox bağlıdır, bir ailə kimidir. Əlbəttə ki, komandada hökm sürən bu gözəl ab-hava, bu iqlim qələbənizi şərtləndirən amillərdən biridir, eyni zamanda, bütün tamaşaçılar da bunu əyani şəkildə görüblər. Oyunu həm gimnastika arenasında izləyənlər, həm də televiziya vasitəsilə izləyənlər sizin qələbənizə ürəkdən sevinmişlər. Yenə də deyirəm, siz bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər. Mən sizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bu qələbələrin davamı olsun. Əlbəttə ki, bu titulu qorumaq o qədər də asan olmayacaq. Mübarizə çox gərgin gedirdi və təbii ki, dünya çempionatında təmsil olunan komandalar ən güclü komandalardır. Ancaq hesab edirəm ki, gələcəkdə xalqımızı sevindirmək və Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlamaq üçün sizin böyük imkanlarınız var. Bir daha sizi təbrik edirəm və bu qələbə sevincini xalqımıza bəxş etdiyiniz üçün Azərbaycan xalqı adından Sizə təşəkkürümü bildirirəm. Sağ olun.
x x x
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov dedi:
-Möhtərəm cənab Prezident, mən şəxsən bütün federasiya adından, futbolçular adından, məşqçi heyəti adından Sizə öz dərin təşəkkürümü bildirirəm ki, bu gün bizi qəbul edirsiniz. Doğrudan da bu gün bizim üçün həm şərəfli, həm də uğurlu bir gündür. Biz doğma divarlar arasında dünya çempionu olmuşuq. Bu, hər bir futbolçu üçün çox önəmli bir haldır. Sizə deyə bilərəm ki, bütün oyunlar zamanı bütün azarkeşlər bizi dəstəkləyirdi. Xalqımız televizorun önündə bizi dəstəkləyirdi. Əlbəttə ki, futbolçular da çox böyük zəhmət çəkdilər və hər bir oyunda bir ailə kimi ruhlarını, canlarını qoydular. Doğrudan da azarkeşlər onları irəli səsləyirdi.üçün həqiqətən də qiymətlidir və biz Azərbaycanın beynəlxalq idman institutları ilə əməkdaşlığını yüksək qiymətləndiririk.
Əminəm ki, bu qələbə minifutbolun inkişafına növbəti təkan verəcək. Artıq Azərbaycan milli komandası bütün mümkün olan titulları qazanıb - Avropa çempionu, dünya çempionu. Əlbəttə ki, uşaqlar, yeniyetmələr, bax, bu qələbəyə sevinənlər - bizim gənc nəslimiz hesab edirəm ki, minifutbola daha böyük maraq göstərəcək və bu idman növünün inkişafı Azərbaycanda sürətlə gedəcək.
Milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdir. Bunun da xüsusi önəmi var. Yığma komandamızın müxtəlif inkişaf mərhələləri var idi və bu gün biz qələbə mərhələsində görüşürük. Təbii ki, xarici mütəxəssislərin, bəzən oyunçuların da müəyyən payı olub. Amma bu gün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya-başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır. Mən əminəm ki, bundan sonra da siz bizi sevindirəcəksiniz. Gələcəkdə çoxlu yarışlar var. Bildiyiniz kimi, indi Azərbaycanın bölgələrində idman qurğuları inşa edilir, inşaat geniş vüsət alıb və minifutbol meydançalarının da yaradılmasında böyük fayda olacaq, həm Bakıda, həm də bölgələrdə. Əminəm ki, federasiya dövlət qurumları ilə, sponsorlarla birlikdə bu sahədə növbəti uğurlu addımlar atacaqdır.
Bir daha sizi təbrik edirəm.
X X X
Sonda Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.