• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Avstriyada Müstəqillik Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub

2-06-2025, 17:30 | Baxılıb: 167
“Avstriyada Müstəqillik Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub

Avstriyada Müstəqillik Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub
Avstriyanın Forarlberq əyalətinin Hohenems şəhərində Azərbaycanın Müstəqillik Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə klassik musiqi axşamı və qəbul keçirilib.
Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə yerli hökumət və parlament rəsmiləri, iqtisadi dairələrin rəhbər şəxsləri, siyasətçilər, konsullar, yerli ictimaiyyətin təmsilçiləri və soydaşlarımız iştirak ediblər.
Hohenems qəsrinin sahibəsi qrafinya Ştefani Valdburq-Tsayl belə bir möhtəşəm tədbirə ev sahibliyi etməkdən qürur duyduğunu, gələcəkdə də bu regionda Avstriya və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək işlərin görüləcəyinə ümidvar olduğunu ifadə edib.
Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli əsası 107 il əvvəl qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, fəaliyyət dövrü, qısa zamanda dövlət quruculuğunun müxtəlif sahələri üzrə əldə etdiyi tarixi nailiyyətlər barədə danışıb. Həmçinin Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin 140 illik və Avstriyanın məşhur bəstəkarı Yohann Ştrausun 200 illik yubileylərinin qeyd olunduğunu da diqqətə çatdırıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev təmsil etdiyi qurumun ölkələrimiz arasında əlaqələrin inkişafına diqqət göstərdiyini, xüsusilə soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası və onun tam hüquqlu üzvləri olması və tarixi Vətənləri ilə bağlarının qorunub saxlanmasını dəstəklədiyini ifadə edib. Xalqlar arasında anlaşmanı və mədəni mübadiləni ehtiva edən bu kimi tədbirləri yüksək qiymətləndirib.
“Böyük qürurverici haldır ki, biz bu gün həm Azərbaycanın, həm də Avstriyanın musiqi nəhənglərinin yubileylərini bir tədbirdə qeyd edirik. Bu, xalqlarımız arasında dostluğun, mədəni əlaqələrin dərinliyini əks etdirir. Tədbirin məhz Azərbaycan Respublikasının Müstəqillik Günü – 28 May tarixində keçirilməsi onun daha bir diqqətçəkən məqamıdır. Hər il Azərbaycan xalqı tariximizin bu əlamətdar gününü qürurla qeyd edir. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində, Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanan müstəqil siyasətini daha qətiyyətlə və prinsipial şəkildə davam etdirir. Qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Bu baxımdan heç də təsadüfi deyil ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il Azərbaycanda “Konstitusiya və Suverenlik ili” elan edilib”, - deyə komitə sədrinin müavini qeyd edib.
Bədii hissədə Xalq artisti, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun dirijorluğu ilə “Arpeccione” Kamera Orkestrinin ifasında Azərbaycan və Avropa klassik musiqi incilərindən ibarət konsert proqram təqdim olunub.

скачать dle 10.6фильмы бесплатно

167

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.