• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bayrağımız Kanadanın Ontario Qanunvericilik Assambleyasının önündə ucaldılıb

4-06-2025, 17:30 | Baxılıb: 240
“Bayrağımız Kanadanın Ontario Qanunvericilik Assambleyasının önündə ucaldılıb

Bayrağımız Kanadanın Ontario Qanunvericilik Assambleyasının önündə ucaldılıb
Kanadanın Toronto şəhərindəki Ontario Qanunvericilik Assambleyasının önündə 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib. Tədbir “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, Kanada Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutub.
Mərasimdə Azərbaycan icmasının və ölkəmizə dost münasibəti bəsləyən digər xalqların nümayəndələri ilə yanaşı, Ontario Qanunvericilik Assambleyasının spikeri Donna Skelli, Ontario parlamentinin üzvləri - Maykl Tibollo, Andrea Hezel, Sten Ço, Kristin Vonq-Tam, Rudi Kuzetto, Laura Smit, Deyzi Vay, Mohamed Firin, Reymond Sanq Cun Ço, eləcə də Türkiyənin Torontodakı Baş konsulu Can Yoldaş, İsrailin Toronto və Qərbi Kanadadakı Baş Konsulluğunun Hökumətlə Əlaqələr direktoru Elis Denson, Qana Baş Konsulunun müavini Coys Asamoa-Korantenq, Torontoda Yaponiya konsulunun həyat yoldaşı Miho Takeşi iştirak ediblər.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Kanada Azərbaycan Evinin rəhbəri Lalin Həsənova Azərbaycan icmasının sevincini bölüşən qonaqlara təşəkkür edib. Kanadada yaşayan soydaşlarımızın Kanada ilə Azərbaycan arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyması istiqamətində çalışacaqlarını diqqətə çatdırıb.
Türkiyənin Torontodakı Baş konsulu Can Yoldaş bu mühüm tarixi hadisə ilə bağlı icmamızı təbrik edib, “Bir millət, iki dövlət” şüarını səsləndirərək ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu vurğulayıb.
Çıxış edən digər rəsmilər Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müasir Azərbaycan dövlətinin dinamik inkişafı barədə fikirlərini söyləyiblər.
Ontario əyalətinin Baş naziri Daq Ford, Ontario Liberal Partiyasının rəhbəri Bonni Krombi, Ontario Qanunvericilik Assambleyasının spikeri Donna Skelli və Ontario parlamentinin üzvləri - Mayk Şrayner, Andrea Hezel, Kristin Vonq-Tamın imzaladığı təbrik məktubları Azərbaycan icmasına təqdim olunub.
Daha sonra Azərbaycanın və Kanadanın Dövlət himnləri səsləndirilib. Himnimizin sədaları altında Azərbaycanın Dövlət Bayrağı səmaya ucaldılıb.
Mərasim Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin rəqsləri və nağara qrupunun ifası ilə yekunlaşıb.

Bayrağımız Kanadanın Ontario Qanunvericilik Assambleyasının önündə ucaldılıb
Bayrağımız Kanadanın Ontario Qanunvericilik Assambleyasının önündə ucaldılıb
Bayrağımız Kanadanın Ontario Qanunvericilik Assambleyasının önündə ucaldılıb
Bayrağımız Kanadanın Ontario Qanunvericilik Assambleyasının önündə ucaldılıb
Bayrağımız Kanadanın Ontario Qanunvericilik Assambleyasının önündə ucaldılıb
Bayrağımız Kanadanın Ontario Qanunvericilik Assambleyasının önündə ucaldılıb
скачать dle 10.6фильмы бесплатно

240

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.