• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Danimarkada 28 May – Müstəqillik Günü münasibətilə daha bir tədbir

4-06-2025, 18:30 | Baxılıb: 258
“Danimarkada 28 May –  Müstəqillik Günü münasibətilə daha bir tədbir

Danimarkada 28 May – Müstəqillik Günü münasibətilə daha bir tədbir
Danimarkanın paytaxtı Kopenhagendə 28 May – Azərbaycanın Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə həsr olunan daha bir tədbir keçirilib.
“MusikTeatret Albertslund” Mədəniyyət Mərkəzində Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli sakinlərlə yanaşı, qonşu İsveçin müxtəlif şəhərlərindən gələn 70-dən çox diaspor nümayəndəsi, eləcə də həmin ölkədə akkreditə olunan diplomatlar iştirak ediblər.
“Vətən” Cəmiyyətinin sədri Mehriban Əliyeva 28 May tarixini müstəqillik tariximizin şanlı səhifəsi, xalqımızın milli iradəsinin təntənəsi adlandıraraq, Şərqdə ilk demokratik və dünyəvi respublikasının yaranmasının qürurla qeyd edildiyini bildirib.
O, çıxışında Ümummilli Lider Heydər Əliyevin tarixi fikirlərini də xatırladıb: “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır. Yaşasın güclü, müstəqil Azərbaycan!”
Azərbaycanın İsveç Krallığındakı Səfirliyinin birinci katibi Əsgər Nağıyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında geniş məlumat verib. O qeyd edib ki, məhz həmin dövrdə demokratiyanın, insan haqlarının, hüquq sisteminin təməli qoyulub.
Tədbir çərçivəsində 1918-ci ildə Milli Şuranın Tiflisdə keçirilmiş iclasını və Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən “Son iclas” tarixi-bədii filmi nümayiş olunub.
Daha sonra tədbir Bakı Musiqi Akademiyasının, eləcə də Frankfurt-Mayn Ali Musiqi və Teatr Məktəbinin məzunu, hazırda İsveçdə yaşayan Aynur Məlikovanın ifasında bədii konsert proqramı ilə davam edib. İştirakçılar Azərbaycan musiqisinin zənginliyindən və dərinliyindən böyük zövq alıblar.
Tədbirin sonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə də uşaqlara təbriklər çatdırılıb, “Azərbaycan” şeiri səsləndirilib.

Danimarkada 28 May –  Müstəqillik Günü münasibətilə daha bir tədbir
Danimarkada 28 May –  Müstəqillik Günü münasibətilə daha bir tədbir
Danimarkada 28 May –  Müstəqillik Günü münasibətilə daha bir tədbir
Danimarkada 28 May –  Müstəqillik Günü münasibətilə daha bir tədbir
Danimarkada 28 May –  Müstəqillik Günü münasibətilə daha bir tədbir
скачать dle 10.6фильмы бесплатно

258

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.