• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan nümayəndə heyəti İkinci Maku Azad Zona İqtisadi Forumunda iştirak edib

11-06-2025, 17:00 | Baxılıb: 276
“Azərbaycan nümayəndə heyəti İkinci Maku Azad Zona İqtisadi Forumunda iştirak edib

Diaspor info xəbər verir ki, iyunun 11-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədlinin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Maku şəhərində keçirilən İkinci Maku Azad Zona İqtisadi Forumunda iştirak edib.

Maku Azad İqtisadi Zonanın icraçı direktoru Hossein Garuisi tədbiri açaraq forumun əhəmiyyətindən və Maku Azad İqtisadi Zonanın imkanlarından bəhs edib.

Sonra Qərbi Azərbaycan valisi – ostandarı Reza Rahmani, İran Azad Ticarət Zonalarının baş direktoru Reza Masrur, İran Prezidentinin müşaviri Muhammed Nuri və digər rəsmi şəxslərin çıxışları olub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli tədbirdə çıxış edərək dəvətə və göstərilən qonaqpərvərliyə görə nümayəndə heyəti adından təşəkkürünü bildirib. Ölkələrimiz arasındakı əlaqələrdən danışan Samir Seyidəhmədli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən işləri, xüsusilə də ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərini diqqətə çatdırıb. Səlahiyyətli nümayəndənin müavini Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əlaqələrə də toxunub, forumun ikitərəfli münasibətlərin inkişafındakı əhəmiyyətini vurğulayıb.

Forum çərçivəsində mədəniyyət, turizm, infrastruktur, nəqliyyat, sənaye, aqrar və kənd təsərrüfatı sahələri üzrə panel müzakirələr keçiriləcək.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Orxan Babayev, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Teymur Rzayev də təmsil olunur.
скачать dle 10.6фильмы бесплатно


276

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.