• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bahar Muradova: Ailə institutu ilə bağlı məsələlər bu gün dünyada ciddi aktuallıq kəsb edir

11-06-2025, 19:00 | Baxılıb: 233
“Bahar Muradova: Ailə institutu ilə bağlı məsələlər bu gün dünyada ciddi aktuallıq kəsb edir

Ailə institutu ilə bağlı məsələlər bu gün dünyada ciddi aktuallıq kəsb edir. Bu, Bakıda işə başlayan "Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər" adlı tədbir zamanı çıxışlarda açıq şəkildə vurğulandı, həm də bizim gündəlik fəaliyyətimiz zamanı ortaya çıxan çoxsaylı problemlərdə özünü göstərməkdədir. Qarşılaşdığımız çətinliklərin aradan qaldırılması, müxtəlif ölkələrdəki ümumi vəziyyətin təhlili və Türk dünyasında ailə institutunun durumu xüsusi diqqət mərkəzindədir.
Diaspor.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, tədbirdə müzakirələr zamanı ailə dəyərlərinin qorunması, inkişafın müxtəlif istiqamətlərdə ailə həyatına təsiri, bu təsirlərin nəticələri, ailələrin üzləşdiyi çağırışlar və onların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılır. Eyni zamanda, ailə institutunu təhdid edən təhlükələrin qarşısının alınması, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və səylərin birləşdirilməsi məsələləri də gündəmdədir.

Komitə sədri bildirib ki, indiyədək həm Türkiyənin ev sahibliyi etdiyi tədbirlərdə, həm də nazirlərin ilk iclasında bu məsələlər ətraflı şəkildə müzakirə olunub: "Hazırda isə konkret istiqamətlər üzrə daha dərin və praktik müzakirə mərhələsinə keçid edilir. Dünyanı təhdid edən bir sıra təhlükələr ətrafında aparılacaq geniş fikir mübadiləsi nəticəsində müxtəlif ölkələrdə mövcud olan müsbət təcrübələrin öyrənilməsi, onların bir araya gətirilməsi və ortaq hədəflər naminə, ortaq dəyərlərin qorunması məqsədilə səylərin birləşdirilməsi istiqamətində mühüm addımlar atılacaq. Tədbirin yekununda səsləndirilən fikirləri, qarşıya qoyulan hədəflərə uyğun fəaliyyət istiqamətlərini, tövsiyələri və nəticələri özündə əks etdirən birgə kommünike qəbul olunacaq və bu sənəd ictimaiyyətə açıqlanacaq. Həmin kommünikedə nəzərdə tutulan məsələlər isə gələcəkdə bizim fəaliyyət planımıza daxil ediləcək və davamlı şəkildə icra olunacaq", - deyə komitə sədri diqqətə çatdırıb.скачать dle 10.6фильмы бесплатно


233

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.