• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Sahibə Qafarova Azərbaycanın TÜRKPA-ya sədrliyi barədə hesabat verib

12-06-2025, 14:00 | Baxılıb: 249
“Sahibə Qafarova Azərbaycanın TÜRKPA-ya sədrliyi barədə hesabat verib

TÜRKPA Assambleya Şurasının iclası çərçivəsində aparılacaq fikir mübadiləsi, qəbul ediləcək qərarlar təşkilatın məqsədlərinin həyata keçirilməsinə töhfə verəcək.
Diaspor.info-nun məlumatına görə, bunu TÜRKPA-nın fəaliyyətdə olan sədri, Milli Məclisin spikeri Sahibə Qafarova Astanada iyunun 12-də TÜRKPA Assambleya Şurasının iclasında çıxış edərkən deyib.

O, çıxışında Milli Məclisin təşkilata sədrliyi dövründə görülən işlər haqqında hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sahibə Qafarova vurğulayıb ki, ötən dövrdə parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, TÜRKPA-nın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində bütün addımlar atılıb.

TÜRKPA-nın başqa beynəlxalq platformalara bənzəmədiyini, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın təmsilçilərini eyni çətir altında birləşdirən bir təşkilat olduğunu deyən Milli Məclisin sədri bildirib ki, qardaş ölkələrimiz arasındakı əməkdaşlığın gündən-günə inkişaf etdiyi bir dövrdə TÜRKPA-nın səmərəli fəaliyyəti ölkələrimiz arasında birliyin və həmrəyliyin genişlənməsinə parlament dəstəyini təmin edir. Təşkilat həm də türk dünyasının vahid mövqeyinin beynəlxalq parlament platformalarında eşidilməsinə imkan yaradır.

Spiker Sahibə Qafarova deyib ki, Milli Məclisin quruma sədrliyi 13-cü Şura iclası zamanı qəbul edilən Fəaliyyət Planı əsasında həyata keçirilib. Ötən dövrdə daimi komissiyaların iclasları Fəaliyyət Planına uyğun olaraq müntəzəm şəkildə keçirilib, üzv ölkələrin qanunvericiliyinin yaxınlaşdırılması istiqamətində fəaliyyət davam etdirilib. Vahid hüquqi məkanın formalaşması prosesinin önəmli aspekti olan model qanunların hazırlanması istiqamətində fəaliyyət böyük səylə davam etdirilib. O cümlədən, seçki və referendumların müşahidəsi işi uğurla həyata keçirilib ki, bu da üzv ölkələrin dövlət strukturları ilə Assambleya arasında əməkdaşlığın güclənməsinə, üzv ölkələrdə demokratik seçki ənənələrinin daha da inkişafına töhfə verir.Hesabatda həmçinin ölkələrimizdə qadınların və gənclərin rolunun artırılması, üzv parlamentlərimizin qadın və gənc təmsilçiləri arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun işi əhəmiyyətli qiymətləndirilib və bu sahədə keçirilən tədbirlər təqdir edilib. TÜRKPA çərçivəsində ayrı-ayrı parlament komitələrinin çoxtərəfli əməkdaşlığı və dialoqu da ümumi işimizə mühüm töhfə kimi qiymətləndirilib.

Milli Məclisin sədri çıxışında vurğulayıb ki, praktiki əməkdaşlığın, qarşılıqlı təcrübə mübadiləsinin daha da genişləndirilməsi baxımından parlamentlərimizin aparatları arasında işbirliyi də vacibdir. Bu baxımdan TÜRKPA çərçivəsində ötən ilin iyununda Bakıda parlament Baş katiblərinin birinci görüşünün keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Qeyd olunanlarla yanaşı, Milli Məclisin təşkilata sədrliyi dövründə TÜRKPA-nın beynəlxalq əlaqələrinin inkişafı və gücləndirilməsi, digər təşkilatlarla münasibətlərinin daha da təkmilləşdirilməsi işinin də uğurla davam etdirildiyi qeyd olunub. Bu kontekstdə TÜRKPA-nın üzv parlamentlərin qarşılıqlı əməkdaşlıq təşkilatı olmaqla yanaşı, həm də ortaq maraqlarımızın beynəlxalq platformalarda parlament diplomatiyası vasitəsilə müdafiəsi və təbliği baxımından da xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Daha sonra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul olunub, həmçinin təşkilata sədrlik Qazaxıstana keçib.скачать dle 10.6фильмы бесплатно


249

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.