• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanda sosial müavinətlər artırılıb - FƏRMAN

12-06-2025, 22:00 | Baxılıb: 131
“Azərbaycanda sosial müavinətlər artırılıb - FƏRMAN

Prezident İlham Əliyev sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Diaspor.info xəbər verir ki, fərmana əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:

- orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat;

- ailə başçısını itirməyə görə 140 manat;

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 manat;

- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 manat;

- beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat;

- övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 manat;

- himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 500 manat, 7–13 yaş arası uşağa görə 600 manat, 14–18 yaş arası uşağa görə 650 manat;

- uşağın anadan olmasına görə 600 manat;

- dəfn üçün 600 manat.

Bundan başqa, iyulun 1-dən Prezident təqaüdlərinin aylıq məbləğləri aşağıdakı kimi müəyyən olunub:

- “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2 200 manat;

- Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2 000 manat;

- şəhid ailəsi üçün 700 manat;

- 20 Yanvar şəhidinin ailəsi üçün 700 manat;- Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 manat;

- müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə:

orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 manat;

orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat;

orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat;

orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 manat;

ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 manat;

2.9. ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 (üç yüz əlli) manat.скачать dle 10.6фильмы бесплатно


131

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.