• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

BMT-nin Yüksəksəviyyəli Dialoqunda Azərbaycanın mənzil siyasəti təqdim edilib

24-07-2025, 16:00 | Baxılıb: 194
“BMT-nin Yüksəksəviyyəli Dialoqunda Azərbaycanın mənzil siyasəti təqdim edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) ABŞ-nin Nyu-York şəhərində təşkil etdiyi Yüksəksəviyyəli Siyasi Forum çərçivəsində “Hər kəs üçün layiqli mənzil” mövzusunda Yüksəksəviyyəli Dialoqun bağlanış sessiyasında çıxış edib.

Diaspor.info bu barədə komitəyə istinadən xəbər verir.

Məlumata görə, sədr Azərbaycanın əlverişli mənzil və urbanizasiya sahəsində həyata keçirdiyi strategiyadan, davamlı və inklüziv şəhər inkişafı istiqamətində atılan addımlardan və bu sahədə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) verdiyi töhfədən bəhs edib. O, bldirib ki, ölkəmizdə həyata keçirilən irimiqyaslı şəhərsalma və mənzil layihələri həm keyfiyyətli yaşayış imkanlarının genişləndirilməsinə, həm də sosial bərabərliyin təşviqinə xidmət edir. Mənzil təminatı məsələsi uzun illərdir ki, Azərbaycanın milli inkişaf strategiyasında əsas prioritetlərdən biri kimi müəyyən olunub. Bu istiqamətdə ölkədə vətəndaşların keyfiyyətli və əlverişli mənzilə çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş genişmiqyaslı tikinti və yenidənqurma proqramları həyata keçirilir. Reallaşdırılan tədbirlər çərçivəsində tikinti sektorunda enerji səmərəliliyi və ekoloji standartların tətbiqi, sosial inteqrasiyanı təşviq edən kompleks planlaşdırılmış və inklüziv yaşayış məhəllələrinin formalaşdırılması əsas hədəf olaraq müəyyən edilib. Bu yanaşma əlverişli şəhər mühitinin yaradılmasına, infrastrukturdan bərabər istifadə imkanlarının təmin edilməsinə və ümumilikdə sosial həmrəyliyin gücləndirilməsinə xidmət edir.

A.Quliyev çıxışında mənzil məsələsinin təkcə sığınacaq deyil, insan ləyaqətinin, təhlükəsizliyin və icma birliyinin əsası olduğunu vurğulayıb. O qeyd edib ki, 2016-cı ildə yaradılmış Dövlət Mənzil İnşaatı Agentliyi vasitəsilə orta və aşağı gəlirli ailələr üçün müasir, enerji səmərəli və subsidiya əsasında mənzil layihələri reallaşdırılır.Komitə sədri həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və şəhərsalma işləri barədə ətraflı məlumat verərək, burada həyata keçirilən layihələrin “yaşıl”, “ağıllı” və sağlam həyat tərzini təşviq edən yanaşma əsasında qurulduğunu qeyd edib. Bu ərazilərdə həyata keçirilən mənzil və infrastruktur layihələri yalnız qayıdış prosesini sürətləndirmir, eyni zamanda regional sabitliyə və sosial-iqtisadi dirçəlişə mühüm töhfə verir.

A.Quliyev qeyd edib ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” şüarı altında 2026-cı ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası şəhərsalma və mənzil siyasəti ilə bağlı məsələlərin dərindən müzakirəsi üçün əsas qlobal platformalardan birinə çevriləcək. Forum çərçivəsində adekvat, əlverişli və iqlimə davamlı mənzilə çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş qabaqcıl strategiyanın, innovativ maliyyələşdirmə mexanizmlərinin, inklüziv planlaşdırma yanaşmalarının və davamlı tikinti təcrübələrinin mübadiləsi üçün geniş imkanlar yaradılacaq.

Komitə sədri tərəfdaş ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrini Bakıda keçiriləcək tədbirdə fəal iştirak etməyə dəvət edib. O, Forumun konkret təkliflərin və praktiki həllərin irəli sürüləcəyi strateji dialoqa çevrilməsi üçün Azərbaycan tərəfinin fəal əməkdaşlığa və tədbirin yüksək səviyyədə təşkilinə tam hazır olduğunu vurğulayıb.скачать dle 10.6фильмы бесплатно


194

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.