Polşa Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan liderləri arasında tarixi bəyannamənin imzalanmasını böyük məmnunluqla qarşılayıb.
Diaspor.info-nun məlumatına görə, müvafiq məlumat Polşa Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
Nazirlik bildirib ki, ABŞ-nin dəstəyi ilə əldə edilən razılaşma regionda suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında sabitliyin təmin edilməsinə və davamlı sülhün bərqərar olmasına yol açır.
270