• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Rumıniyanın Bursa nəşrində Azərbaycan-Ukrayna münasibətlərinə toxunulub

14-08-2025, 09:00 | Baxılıb: 216
“Rumıniyanın Bursa nəşrində Azərbaycan-Ukrayna münasibətlərinə toxunulub

Rumıniyanın nüfuzlu “Bursa” nəşrində dərc edilmiş analitik məqalədə bildirilir ki, Prezident İlham Əliyev Rusiya tərəfindən Azərbaycanın SOCAR-a məxsus enerji obyektlərinə və qaz nəqliyyat infrastrukturlarına hava hücumlarına baxmayaraq, Azərbaycan-Ukrayna enerji əməkdaşlığının davam edəcəyinə əmin olduğunu bəyan edib.

Diaspor.info-nun məlumatına görə, məqalədə qeyd olunur ki, Prezident İlham Əliyev bu mövqeyini Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı ifadə edib. Hər iki lider Rusiyanın hücumlarını qətiyyətlə pisləyib və bu hücumların ikitərəfli enerji layihələrinə təsir etməyəcəyini vurğulayıb.

Yazıda bildirilib ki, yanvar ayından etibarən Ukrayna Trans-Balkan marşrutu vasitəsilə Azərbaycandan ilk qaz nəqli sınaqlarını həyata keçirib və əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndirilməsini planlaşdırdığını açıqlayıb. Lakin bu dövrdə Rusiya Ukrayna ərazisində SOCAR-a məxsus neft anbarlarını və qaz kompressor stansiyalarını hədəfə alan bir neçə hava hücumu həyata keçirib.

Məqalədə vurğulanır ki, bu hadisələr təkcə enerji sahəsində deyil, həm də regionun siyasi dinamikasında yeni gərginliklər yaradır. Bununla belə, prezidentlər İlham Əliyev və Volodimir Zelenski arasındakı möhkəm dialoq və qarşılıqlı etimad enerji resurslarının bölgədə sabitlik və inteqrasiya amili olaraq qalmasını təmin edir. Prezident İlham Əliyev Rusiyanın hücumlarına cavab olaraq Ukraynaya humanitar enerji yardımı məqsədilə 2 milyon ABŞ dolları məbləğində elektrik avadanlığı göndərilməsi üçün göstəriş verib. Analitik məqalədən belə nəticə çıxarılır ki, Azərbaycan bu strateji kursdan geri dönməyəcək, enerji əməkdaşlığı siyasi və geosiyasi dəyişikliklərdən asılı olmayaraq davam etdiriləcək.скачать dle 10.6фильмы бесплатно


216

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.