• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ermənistanın sülhə sadiqliyinin potensial qazancları və Azərbaycanın rolunun həlledici əhəmiyyəti

14-08-2025, 11:00 | Baxılıb: 246
“Ermənistanın sülhə sadiqliyinin potensial qazancları və Azərbaycanın rolunun həlledici əhəmiyyəti

Cənubi Qafqazda uzun illər davam edən münaqişə və gərginliklər təkcə siyasi deyil, həm də iqtisadi, sosial və geosiyasi inkişafı məhdudlaşdıran əsas amillərdən biri olub. Ermənistan üçün bu vəziyyət xüsusilə ağır nəticələr doğurub-ölkə həm regional əməkdaşlıqdan kənarda qalıb, həm də iqtisadi blokada şəraitində inkişaf imkanlarını itirib. Bu gün isə sülhə sadiqlik Ermənistan üçün tarixi bir fürsət pəncərəsi yaradır. Bu fürsətin formalaşmasında həlledici aktor heç şübhəsiz, müharibəni bitirən, sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində iradə göstərən və regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.


İqtisadi blokadadan çıxış və ticarət yollarının açılması

Ermənistanın sülh prosesinə sadiqliyi, onun uzun illər davam edən iqtisadi blokadadan çıxmasına real imkan yarada bilər. Azərbaycanın sülh təşəbbüsləri və Türkiyə ilə paralel mövqeyi, sərhədlərin açılması üçün əsas zəmin formalaşdırır.

Rəsmi məlumatlara görə, Ermənistanın xarici ticarət dövriyyəsi 2025-ci ilin yanvar–iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45% azalaraq 9 milyard 668 milyon ABŞ dolları təşkil edib. Bu azalma, ölkənin mövcud nəqliyyat marşrutlarının məhdudluğu və yüksək logistik xərcləri ilə də bağlıdır. Hazırda Ermənistanın xarici ticarətinin əsas hissəsi Gürcüstan və İran üzərindən həyata keçirilir. Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı qalması isə nəqliyyat məsrəflərini əhəmiyyətli dərəcədə artırır.

Nəzərə alsaq ki, Zəngəzur dəhlizi Orta Dəhlizin daşıma qabiliyyətini illik 8–10 milyon tona qədər artıracaq, bu, Ermənistan üçün ucuz və səmərəli ticarət yolları deməkdir. Bu isə Ermənistana tranzit ölkə statusu qazandıracaq və hər il yüz milyonlarla dollar əlavə gəlir gətirəcək. Regional inteqrasiya Ermənistanın ÜDM-ni nəzərə çarpacaq dərəcədə artıra bilər.

Beləliklə, “Zəngəzur dəhlizi – Tramp yolu” kimi strateji nəqliyyat xətləri yalnız Azərbaycan üçün deyil, Ermənistan üçün də mühüm geoiqtisadi və geosiyasi kapitallar qazandıra bilər.


Beynəlxalq imic və diplomatik etimadın bərpası

Sülh yolu seçən və münaqişəni tarixə gömən Ermənistan, beynəlxalq ictimaiyyətdə müsbət imic qazana bilər. Bu, həm Avropa İttifaqı, həm də ABŞ başda olmaqla Qərb ölkələri ilə münasibətlərin dərinləşməsinə, beynəlxalq maliyyə institutlarının dəstəyinə yol aça bilər. Ancaq bu diplomatik üstünlüklər, yalnız Azərbaycanın sülh masasında qalması və Ermənistanın öhdəliklərinə əməl etməsi fonunda gerçəkləşə bilər. Əks halda, Cənubi Qafqazda gərginlik Ermənistanı yenidən təcrid olunmuş vəziyyətə qaytarar. milyard manat proqnoza qarşı 126,3 milyard manat təşkil edib və bu göstərici Cənubi Qafqazın hər iki ölkəsinin birlikdə ÜDM-dən daha yüksəkdir. Belə nəticəyə gəlmək olar ki, Azərbaycan həm qalib dövlət, həm də regionun enerji, nəqliyyat və logistika mərkəzi olaraq Ermənistan üçün yeganə açar tərəfdaş rolunu oynayır.

Ermənistan üçün sülh sadəcə siyasi bir seçim deyil — ölkənin gələcək iqtisadi inkişafı, beynəlxalq nüfuzu və daxili sabitliyi üçün yeganə çıxış yoludur. Lakin bu yol, yalnız Azərbaycanla səmimi əməkdaşlıq, öhdəliklərə riayət və qarşılıqlı etimad əsasında reallaşa bilər. Sülh yolu Ermənistanı iqtisadi blokadadan çıxarır, sərhədləri açır, tranzit gəlirlərini artırır, beynəlxalq imicini yaxşılaşdırır və investisiya axını üçün real şərait yaradır.

Bütün bu imkanları təmin edən isə regionun sabitlik və əməkdaşlıq təşəbbüslərinin müəllifi Azərbaycan, onun qalib lideri Prezident cənab İlham

Nicat Quliyev

Naxçıvan Televiziyasının baş redaktoruскачать dle 10.6фильмы бесплатно


246

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.