• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Milli Məclisdə Azərbaycan-Rumıniya parlamentlərarası əməkdaşlığı müzakirə olunub

25-08-2025, 21:00 | Baxılıb: 173
“Milli Məclisdə Azərbaycan-Rumıniya parlamentlərarası əməkdaşlığı müzakirə olunub

Avqustun 25-də Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Rumıniya Senatının Mədəniyyət və media daimi komitəsinin sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Diaspor info xəbər verir ki, Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev ölkəmizə səfəri çərçivəsində Nikulesku-Tsıqırlaşın Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə olmasını, “Heydər Əliyev” zirvəsinə yürüşünü yüksək dəyərləndirib. O, parlamentlərarası əlaqələrin ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət təsir etdiyini deyib, bu istiqamətdə dostluq qruplarının əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Azay Quliyev, həmçinin beynəlxalq təşkilatlarda əlaqələrin önəmi və parlament diplomatiyasının vacibliyi barədə fikirlərini bölüşüb.

Ölkələrimiz arasında münasibətlərə toxunan Kristian-Auqustin Nikulesku-Tsıqırlaş Azərbaycanın Qarabağ iqtisadi rayonuna səfəri ilə bağlı təəssüratlarını bölüşüb, Ulu Öndərin xatirəsinə dərin ehtiram əlaməti olaraq “Heydər Əliyev” zirvəsinə yürüş etdiyini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə aparılan bərpa və quruculuq işlərini yüksək qiymətləndirib, ölkələrimiz arasında əməkdaşlığın potensialı və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini ifadə edib.

Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Kamal Cəfərov, Aydın Mirzəzadə və Samir Vəliyev, Rumıniyanın Maramureş Vilayət Vəkillər Kollegiyasının rəhbəri Florin Andreykuts çıxış edərək ölkələrimiz arasında münasibətlərin yüksəksəviyyəli siyasi dialoq sayəsində uğurla inkişaf etdiyini bildiriblər. Deputatlar ikitərəfli formatda, parlamentlərarası və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı-faydalı əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam etdirilib.скачать dle 10.6фильмы бесплатно


173

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.