• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

28-08-2025, 10:00 | Baxılıb: 275
“Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Uqandanın xarici işlər üzrə dövlət naziri Con Mulimba arasında görüş keçirilib.

Bu barədə Diaspor.info-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Uqanda münasibətlərinin siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, humanitar və s. aspektləri, regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Afrika İttifaqı çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional məsələlər müzakirə olunub.

Azərbaycan və Uqanda arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə qarşılıqlı təbriklərini çatdıran tərəflər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcudluğunu məmnunluqla qeyd ediblər.

Ölkənin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində irəli sürülən təşəbbüslərin həyata keçirilməsi, o cümlədən Hərəkatın Gənclər Təşkilatının əsasının qoyulması zamanı sərgilənən birgə əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə intensiv xarakter alan münasibətlərin Uqandanın Hərəkata sədrliyi zamanı da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Ceyhun Bayramov həmçinin müqabil tərəfə ölkənin alternativ enerji mənbələrinin inkişafı və istifadəsinin genişləndirilməsi üzrə təşəbbüs və planları barədə ətraflı məlumat verib, bərpaolunan enerji sahəsinin əməkdaşlığın inkişaf etdirilməsi üzrə potensial istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.

Dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın "ASAN Xidmət" modelinin Uqandada uğurlu tətbiqinin iki ölkə arasında təcrübə mübadiləsinin faydalılığının göstəricisi olduğu vurğulanıb.

Ceyhun Bayramov, eyni zamanda, avqustun 8-də baş tutan Vaşinqton görüşünün nəticələri barədə qarşı tərəfi məlumatlandırıb, bu tarixi görüş çərçivəsində "Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətninin paraflandığını, o cümlədən keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Qrupu və əlaqəli strukturların bağlanması ilə əlaqədar birgə müraciətin ünvanlandığını diqqətə çatdırıb.

Con Mulimba Vaşinqton görüşü çərçivəsində Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı tarixi razılaşmaların əldə edilməsi münasibətilə öz təbriklərini çatdırıb, prosesin uğurla nəticələnməsinə dair ümidvarlıq ifadə edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə Azərbaycanla Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Uqanda tərəfindən isə xarici işlər üzrə dövlət naziri Con Mulimba rəhbərlik edib.скачать dle 10.6фильмы бесплатно


275

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.