• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Rusiya tərəfindən vurulan təyyarə qəzasının araşdırılmasına dəstəyə görə ICAO-ya təşəkkür edib

5-09-2025, 14:00 | Baxılıb: 242
“Azərbaycan Rusiya tərəfindən vurulan təyyarə qəzasının araşdırılmasına dəstəyə görə ICAO-ya təşəkkür edib

Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) ötən il dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" təyyarəsində baş verən qəzanın araşdırılmasına xüsusi diqqət yönəltdiyi və Qazaxıstanın həyata keçirdiyi araşdırmaya qurumun davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib.
Diaspor.info Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bern şəhərində ICAO-nun Baş katibi Xuan Karlos Salazar və Avropa və Şimali Atlantika Bürosunun Regional direktoru Nikolas Rallo ilə görüşündə bildirilib.

Məlumata görə, Azərbaycan tərəfi araşdırmaların ixtisaslaşmış və təcrübəli məhkəmə ekspertiza orqanları tərəfindən aparılmasının vacibliyini xüsusi vurğulayıb. ICAO isə qeyd edib ki, ətraflı və qərəzsiz istintaq aparılması Çikaqo Konvensiyasının 13 saylı əlavəsinin əsas tələblərindəndir.

Təşkilat üzv dövlətlərin qlobal aviasiya təhlükəsizliyi standartlarına riayət etməsinə dəstəyini davam etdirəcəyini bir daha təsdiqləyib. Görüşdə həmçinin ICAO, Dövlət Mülki Aviasiya Agentliyi və Azərbaycanın aviasiya sənayesi arasında əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub. Azərbaycan tərəfi uçuş təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində qlobal standartların tətbiqinə dair ICAO siyasətinə dəstəyini bir daha bəyan edib.

Xatırladaq ki, ötən ilin dekabr ayının 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu səbəbindən qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin məlumatlarda, təyyarənin Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğradığı bildirildi.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.скачать dle 10.6фильмы бесплатно


242

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.